Accessibility links

Çeçenistanda yüz minlərlə insan Məhəmməd Peyğəmbərin karikaturalarının nəşrinə etiraz edib


Rusiyanın Çeçenistan regionunun paytaxtı Qroznıda Məhəmməd Peyğəmbərin karikaturalarına etiraz olaraq nümayiş keçirilib.

Çeçenistanın Daxili İşlər nazirliyi nümayişdə bir milyondan artıq insanın iştirak etdiyini bildirib. Bundan əvvəl Rusiyanın Daxili İşlər nazirliyi nümayişdə iştirak edənlərin sayının 800 mindən çox olduğunu bidirib.

Çeçenistan əhalisinin sayı 1,3 milyondur.

Nümayişdən əvvəl Çeçenistanın lideri Ramzan Kadırov insanları Məhəmməd Peyğəmbərin karikaturalarını çəkənlərə etiraz etmək üçün aksiyaya qatılmağa çağırıb.

Nümayiş iştirakçıları qarşısında çıxış edən Ramzan Kadırov “Məhəmməd Peyğəmbərin adını məsuliyyətsiz şəkildə ləkələyə biləcəyini düşünənləri dayandırmaq üçün lazım gəlsə ölməyə hazırıq” deyib.

Nümayiş dua namazı ilə başa çatıb.

Çeçenistan lideri Ramzan Kadırovun insan hüquqları pozuntları ilə əlaqədar Birləşmiş Ştatlara, Rusiyanın Ukraynaya müdaxiləsinə görə tətbiq edilmiş sanksiyalara görə isə Avropa İttifaqına daxil olmasına qadağa qoyulub.

XS
SM
MD
LG