Accessibility links

Hillari Klinton dövlət katibi vəzifəsini tərk edir [Fotoqalereya]


ABŞ Dövlət katibi Hillari Klintonun cümə günü Dövlət Departamentində son iş günüdür. Massaçusets senatoru Con Kerri yeni Dövlət katibi kimi and içəcək.

Dörd il Dövlət katibi olduğu müddətdə Hillari Klinton universal dəyərlərin müdafiəsi və ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə diqqət verdiyini bildirib. Dövlət Departamentinin işçiləri ilə bu həftə görüş zamanı danışan xanım Klinton bildirib ki, diplomatiya və inkişaf Şimali Afrikada demokratik inqilabların dəstəklənməsi, Haiti və Yaponiyada zəlzələdən sonra bərpa işlərinin aparılması, İraqda müharibənin başa çatdırılması, Əfqanıstanda keçidin təmin edilməsi, qlobal iqtisadiyyatın tənəzzüldən çıxarılması, Birma və Somalida mühüm dəyişikliklərə reaksiya verilməsində olduqca böyük əhəmiyyət daşıyıb.

“Dörd il əvvəl mən Senatda o vaxt həmkarlarıma təsdiqimə dair dinləmələr zamanı demişdim ki, Dövlət katibi vəzifəsinə namizəd olmaqdan qürur duyuram və eyni zamanda bu qədər sevdiyim Senatdan getməyimə, eləcə də burada və fəxrlə təmsil etdiyim Nyu Yorkda çox sevdiyim insanları tərk etdiyimə görə kədərlənirəm. İndi eyni hissləri keçirirəm. Bu, səhifələri ağ kitaba bənzəyir”-deyə Klinton Dövlət Departamentinin işçilərinə deyib.

Hillari Klinton Dövlət Departamentinin etibarlı əllərdə olduğuna inandığını bildirib:”Con Kerri çox təcrübəli bir senatordur və elə bir Dövlət katibi olacaq. O bu işə diplomatiyada çox lazım olan mühakimə, təcrübə, dərindən anlamaq kimi qabiliyyətlərini gətirəcək, onun atası xarici ölkələrdə diplomat kimi çalışıb.”

Con Kerri cümə günü Dövlət Departamentində yeni Dövlət katibi kimi and içəcək. Hillari Klinton və Con Kerri əvvəlki illərdən bir-birini yaxşı tanıyır.

Hillari Klinton Ağ Evdə Bill Klintonun prezidentliyi dövrü onun daxili siyasət məsələləri üzrə müşaviri, Massaçusetsdə isə Harvard universitetinin hüquq fakültəsinin dekanı olmuşdu.

Con Kerri Senatda Dövlət katibi vəzifəsinə təsdiqi ilə bağlı dinləmələr zamanı Hillari Klintonun səylərinə yüksək qiymət verib.

Con Kerri Corc Vaşinqtonun Tomas Ceffersonu 1789-cu ildə bu vəzifəyə təyin etməsindən sonra ABŞ-ın 68-ci Dövlət katibi olacaq. O, bazar ertəsi rəsmən vəzifəsinin icrasına başlayacaq.
XS
SM
MD
LG