Accessibility links

Hillari Klinton: Benqazidə hücum ekstremistlərdən gələn təhlükənin yayılmasının nəticəsidir


ABŞ Dövlət katibi Hillari Klinton Konqresdə qanunvericilərin keçən il Liviyada Benqazidə ABŞ konsulluğuna hücumla bağlı suallarını cavablandırıb. Senatın Xarici Əlaqələr Komitəsinin üzvləri Dövlət Departamentinin ABŞ-ın diplomatik nümayəndələyinin ekstremistlər tərəfindən hücuma məruz qaldığı vaxt fəaliyyətlərilə bağlı tənqidlərini səsləndiriblər. Senator Con Makkeyn ən kəskin tənqidlərlə çıxış edərək, Benqazi hücumu ilə bağlı hələ bir çox suala cavab verilmədiyini bildirib.

İki saatdan artıq senatorların suallarını cavablandıran xanım Klinton ona və administrasiya ünvanlanmış tənqidlərə cavab verərək, Benqazi hücumunun məsuliyyətini öz üzərinə götürdüyünü deyib və hücumun cihad tərəfdarlarının yaratdığı təhlükənin artmasının nəticəsi olduğunu deyib.

2011-ci ildə sentyabrın 11-də Benqazidə ABŞ konsulluğuna hücum zamanı Amerikanın Liviyadakı səfiri Kristorfer Smit və daha üç Amerika diplomatı həyatını itirib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG