Accessibility links

Frank-Valter Ştaynmayer: Qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqdadır


Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer
Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə Vyanada keçirilən görüşün yekunlarına dair bəyanatla çıxış edib.

Sənəddə deyilir ki, qoşunların təmas xəttində vəziyyət gərgin olaraq qalmaqdadır. ATƏT-in fəaliyyətdə olan sədri insan itkilərindən təəssüfləndiyini qeyd edir və tərəfləri atəşkəs rejiminə tam şəkildə əməl etməyə çağırır. O, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici işlər nazirlərinin Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüşün keçirilməsi təşəbbüslərini alqışlayıb.

Fəaliyyətdə olan sədr, eyni zamanda, hər iki prezidentin münaqişənin sülh yolu ilə həlli üçün atəşkəsin davam etməsinə dair razılaşmasına, həmçinin iyunda danışıqların yeni raundunun keçirilməsinə hazır olduqlarını ifadə etmələrinə görə məmnunluğunu bildirib.

F.V.Ştaynmayer qeyd edib ki, Almaniya 2016-cı ildə ATƏT-ə sədrlik dövründə həmsədlərin işini tam dəstəkləyəcək.

“Biz araşdırıcı mexanizmin tətbiq olunması üçün göstərilən səyləri fəal şəkildə dəstəkləyəcəyik”. ATƏT-in fəaliyyətdə olan sədri şəxsi nümayəndəsi Anji Kaspşikin ofisinin genişləndirilməsi üzərində də iş aparılacağını bildirib.

“Hərtərəfli nizamlanmaya dair danışıqların bərpa olunması üçün münbit şəraitin yaradılmasına nail olmaq üçün atəşkəs rejiminin möhkəmləndirilməsi yüksək prioritetə malik məsələdir”, - deyə fəaliyyətdə olan sədr vurğulayıb.

XS
SM
MD
LG