Accessibility links

Əjdər Tağızadə: Bütün etnik qruplar və ictimai təbəqələr bu etirazlara qatıldı [Audio-Müsahibə]


Əjdər Tağızadə İranda baş qaldıran son kütləvi etirazlara bütün etnik qrupların. o cümlədən ictimai zümrələr və təbəqələrdən olan insanların qatıldığını deyir. Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) təşkilatının sədri Amerikanın Səsinə söhbətdə həmin etirazların mahiyyətini və türklərin mövqeyini şərh edib.

Əjdər Tağızadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:02 0:00

Əjdər Tağızadə deyir, “İranın 110-dan artıq böyük və kiçik şəhərində bütün millətlər və eyni zamanda çeşidli siniflər və təbəqələr bu etirazlara qatıldı və geniş bir hərəkat başlandı.”

Biz də millətimizə dedik ki, indi bu ölkə qarışıbsa, Azərbaycan da hazırlıqlı olmalıdır. Öz milli şüarları ilə çıxmalıdır...
Əjdər Tağızadə

Tağızadənin mənsub olduğu GADTB təşkilatı dekabrın 31-də birgə bəyanat yayıb, türk icmasını İrandakı etirazlara qoşulmağa dəvət edən Azərbaycan milli hərəkatına mənsub 7 təşkilat və siyasi qrupdan biri idi.

O, güney əhalisinin də bu etirazlarda iştirak etdiyinə inandığını ifadə edir.

Türk fəal əlavə edir, “Zəncan, Ərdəbil, Urmiyə və bəzi kiçik şəhərlər etirazlara qatıldı. Amma Təbrizin də qatılması çox gözəl oldu. Son mesajı Təbriz verdi. Stadionda 10 minlərlə gənc və ortayaşlı insanımız milli şüarlar verdi. Bəs nə istəyirdilər? Təbrizin qatılması necə olacaq idi ki? Bizim nümayişlərə çağırışımız da belə deyil ki, biz Xalqın Mücahidləri ilə, şahçısı ilə, pan-İranisti ilə birləşirik... Onlar deyir ki, rejimi hədəf alıblar. Biz də millətimizə dedik ki, indi bu ölkə qarışıbsa, Azərbaycan da hazırlıqlı olmalıdır. Öz milli şüarları ilə çıxmalıdır.”

Təbriz Stadionu - 5 yanvar 2018
Təbriz Stadionu - 5 yanvar 2018

“Biz deyirik, biz bu hərəkatdayıq. Necə ki, öncəki hərəkatlarda da var idik. Amma digər bölgələrdən bizim səsimizə səs vermədilər. Bu dönəmdə də biz Azərbaycanın iştirakını vacib gördük. Çünki, bu gün bu hakimiyyət şovinizmin vurucu qoludur. Əlavə olaraq bir də, geriçiliyin təmsilçisidir,” deyə Tağızadə qeyd edir.

Zəncanda etirazlar
Zəncanda etirazlar

Güney Azərbaycan Demokratik Türk Birliyi təşkilatının sədrinin dediklərinə görə, “belə fikr edirlər ki, Təbriz qatılsaydı, bu rejim elə yox olacaq idi. Elə deyil. Bu, Şah rejimi deyil. Bu, dindən, məzhəbdən istifadə edən bir rejimdir. Şahın bir ordusu var idi, bunun dörd ordusu...”

Əjdər Tağızadə İrandakı kütləvi etirazlarla bağlı ABŞ-ın dəstəkləyici mövqeyini yüksək qiymətləndirib.

XS
SM
MD
LG