Accessibility links

Türk fəal Əkbər Nəimi Tehranda həbs edilib


Əkbər Nəimi
Əkbər Nəimi

Dörd türk fəalın Tehran məhkəməsi tərəfindən 2 il həbs və 2 il sürgün cəzasına məhkum olunmasının ardınca insan haqları fəalı və dil hüquqları müdafiəçisi Əkbər Nəiminin də saxlanıldığı bildirilir.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, təhlükəsizlik qüvvələri Nəimini Tehrandakı iş yerində nəzarət altına alıblar.

HRA-nın xəbərinə görə, məmurlar hüquq müdafiəçisini həbs etdikdən sonra onun evinə gedib axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.

Əslən Qərbi Azərbaycan vilayətinin Xoy şəhərindən olan Nəiminin hansı səbəblərə görə tutulduğu və hazırda harada saxlanıldığına dair məlumat yoxdur.

İranın təhlükəsizlik qüvvələri həmçinin təqribən iki həftə əvvəl türk dil haqları müdafiəçisi Əlirza Fərşini də Tehranda həbs ediblər. Fərşinin hazırda “Evin” həbsxanasının təhlükəsizlik qurumuna məxsus bölməsində saxlanıldığı bildirilir.

Əlirza Fərşinin həbsindən qısa müddət sonra, yanvarın 20-də Tehran məhkəməsi ona və dörd digər fəala qarşı hökmünü açıqlayıb. Həmin hökmə görə, Əlirza Fərşi, Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi 2 il həbs və əlavə 2 il sürgün cəzasına məhkum olunublar.

XS
SM
MD
LG