Accessibility links

Eldar Qaradağlı: Hərəkata gələn maliyyə dəstəyi müəyyən qrupların inhisarında olur [Audio-Müsahibə]


Eldar Qaradağlı
Eldar Qaradağlı

Eldar Qaradağlı Azərbaycan Milli Hərəkatına olan mali dəstəklərin sadəcə müəyyən qurumların inhisarında cəmləşdiyini hərəkatın ən önəmli problemlərindən biri kimi dəyərləndirir. İsveçdə yaşayan milli fəal və yazar Amerikanın Səsinə müsahibədə İran Azərbaycanından cərəyan edən milli hərəkatın mahiyyətini şərh etməklə yanaşı hərəkata mənsub qruplar və təşkilatların üzləşdiyi sınaqlar haqqında danışıb.

Eldar Qaradağlı Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:18:42 0:00


Eldar Qaradağlının sözlərinə görə, Azərbaycan Milli Hərəkatının içəridə olan strategiyası və zaman zaman dəyişməkdə olan halları xaricdə olan hərəkat mənsublarına da - istər təşkilatlar olsun, istərsə fərdlər - təsirini buraxır. "İranın farsçı şiə rejimi milli hərəkata həssasiyyətini hər növdə və geniş miqyasda göstərməkdədir. Buna görə, hakimiyyət siyasətini dəyişdirəndə bu istər istəməz milli hərəkatın da siyasət dəyişdirməsinə səbəb olmuşdur,” o bildirir.

Xaricdə fəaliyyət göstərən təşkilatlar müəyyən bir dağınıqlıq problemi yaşayırlar.
Eldar Qaradağlı

Sadalanan faktorlar Azərbaycan Milli Hərəkatının "bəzən özünü çox fəal göstərməkdə, bəzən də müəyyən dərəcə susqun göstərməsində" büruzə verir.

Eldar Qaradağlı türk fəalların təşkilatlar tərkibində fəaliyyət göstərməyə üstünlük vermədiklərinin müəyyən dərəcədə bir problem olduğunu təsdiq etsə də, təyinedici səviyyədə olmadığını ifadə edir.

“Çünki milli hərəkat içəridədir... Bu bir milli hərəkatdır və tam olaraq millətimizin içindədir. Bu gün biz gəlib deyək ki, bunu mütləq bir təşkilata çevirmək lazimdir və bu təşkilatda bir çox insan fəaliyyət göstərməlidir, Bu doğru olmaz,” o, qeyd edir.

Azərbaycan Milli Hərəkatı bəzən özünü çox fəal göstərməkdə, bəzən də müəyyən dərəcə susqun göstərməkdədir.
Eldar Qaradağlı

Qaradağlı eyni zamanda xaricdə fəaliyyət göstərən təşkilatların müəyyən bir “dağınıqlıq problemi” yaşadıqlarını önə çəkir:

“Xaricdə, milli hərəkata mənsub olan partiyalar, təşkilatlar və qurumlarımızda müəyyən dərəcədə dağınıqlıq vardır. Xaricdə milli fəallarımızın moralının azalmasının ən başlıca amillərindən biri mali dəstəklərin bir təkəldə (inhisarda) cəmləşməsidir. Bu çox önəmli məsələdir.”

“Biz bu problemin həlli üçün çalışmalıyıq ki, nədən hərəkata mənsub olan fəalların xüsusilə xaricdə hər hansı mali qaynaqları yoxdur? Milli fəaliyyətlərinə dəstək yoxdur. Bu dəstək müəyyən qurumun əlindədir,” o əlavə edir..

XS
SM
MD
LG