Accessibility links

İran İnqilab Qvardiyası Ərdəbildə bir “separatçını” həbs etdiyini bildirib


İran İnqilab Qvardiyası (Sepah) Ərdəbil vilayətində sosial mediada fəaliyyət göstərən “separatçı və anti-inqilab” düşüncəli bir şəxsi nəzarət altına aldığını bildirib.

Yarı-rəsmi İLNA və Tasnim agentlikləri bu haqda Sepahın açıqlamalarına istinadən məlumat yayıblar.

“İnqilab Qvardiyasının bildirdiyinə görə, anti-inqilab və separatçı qruplar ilə əməkdaşlıq edən şəxs Ərdəbil vilayəti şəhərlərinin birində Həzrəti Abbas İnqilab Qvardiyasının təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb,” Tasnim agentliyində dərc edilib.

Saxlanılan şəxsin kimliyi ilə bağlı məlumat verilməyib. İLNA agentliyi onun bir Instagram səhifəsinin müdiri olduğunu bildirib.

İLNA-nın saytında yazılanlara görə, “Sepahın təhlükəsizlik qüvvələri kiberməkanda aylarla müşahidə və təhqiqatdan sonra separatist fəaliyyətlər ilə ictimai təşviş yaratmağa çalışan şəxsi saxlayıb və məhkəmə qurumuna təslim ediblər.”

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG