Accessibility links

Ferquson şəhərində etiraz nümayişləri davam edir


ABŞ-ın Ferquson şəhərində münsiflər məhkəməsinin silahsız qara dərili yeniyetməni öldürmüş ağ polis zabitinin məhkum edilməməsi haqda qərarına etiraz olaraq keçirilən nümayişlər davam edir.

Şənbə günü müxtəlif irqlərə mənsub insanların millis assosiyasının yeddi gün sürəcək yürüşləri başlayıb.

“Ədalət yürüşü” adlandırılan aksiya18 yaşlı Maykl Braunun avqust ayında Ferquson şəhərinin ətrafında qətlə yetirildiyi Sent Luisdən Missuri ştatının paytaxtı Cefferson şəhərinə qədər 190 kilometr məsafə boyu davam edəcək.

Təşkilatçılar aksiyanın Ferquson polis idarəsinə yeni rəhbərliyin təyin edilməsi və ölkə boyu polis sistemində islahatların keçirilməsinə çağırış məqsədilə keçirildiyini bildiriblər.

Münsiflər məhkəməsinin qərarına etiraz olaraq ABŞ-ın bir sıra şəhərlərində böyük nümayişlər keçirilib.

Şənbə günü paytaxt Vaşinqtonda Ferqosunda baş vermiş hadisə ilə əlaqədar qərardan narazı yüzlərlə insan şəhərin tarixi Corctaun hissəsində nümayiş keçirib.

XS
SM
MD
LG