Accessibility links

FİFA 2026-cı il Dünya Kubokuna ev sahibiliyi edəcək ölkənin seçimini təxirə salıb


Bu qərarı FİFA-nın baş katibi Cerom Valke açıqlayıb

FIFA davam etməkdə olan korrupsiya qalmaqalına görə 2026-cı ildə Dünya kuboku uğrunda çempionata ev sahibliyi edəcək ölkənin seçilməsi prosesini təxirə saldığını bildirib.

“Bu prosesə indi başlamaq ağılsızlıq olardı,” deyə FIFA-nın baş katibi Cerom Valke çərşənbə günü Rusiyada keçirilən mətbuat konfransında bildirib.

2026-cı ildə Dünya futbol çempionatına ev sahibliyi edəcək ölkənin FIFA üzvləri tərəfindən 2017-ci ildə Malayziyada keçiriləcək görüş zamanı seçilməsi nəzərdə tutulmuşdu. Lakin bu qərarın nə zaman veriləcəyi hələ aydın deyil.

Amerika Birləşmiş Ştatları, Kanada, Meksika və Avropa ölkələrinin namizədliklərini irəli sürəcəyi gözlənilir.

Ötən ay ABŞ 9 FIFA rəsmisinə qarşı reket, çirkli pulların yuyulması və dələduzluq ittihamları irəli sürüb. İsveçrənin başladığı ayrı istintaqda isə çempionatın 2018-ci ildə Rusiya və 2022-ci ildə Qətərdə keçirilməsi haqda qərarın verilməsində çirkli pulların yuyulması ilə bağlı iddiaları araşdırır.

FIFA-nın Prezidenti Sepp Blatterə qarşı rəsmi ittiham irəli sürülməsə də, o bu ilin dekabr ayı ilə gələn ilin mart ayı arasında müddət ərzində seçkilərdə yeni prezident seçildikdən sonra istefa verəcəyini bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG