Almaniya hökuməti Berlinin müharibə ilə bağlı siyasətində əhəmiyyətli dəyişiklik edərək, Rusiya qüvvələrinin hücumu qarşısında Ukraynaya müdafiəsini gücləndirmək üçün 1000 tank əleyhinə və 500 ədəd “Stinger” zenit raketləri tədarük edəcəyini bildirib.
Almaniya həmçinin fevralın 26-da bildirib ki, Niderlanda Ukraynaya yüzlərlə Almaniya istehsalı silah göndərməyə icazə verəcək.
“Almaniyanın Ukraynaya müdaxiləsi dönüş nöqtəsidir. Ukraynanı Putinin işğalçı ordusundan müdafiəsi ümün əlimizdən gələni etmək bizim borcumuzdur,” kansler Olaf Şolts bəyanatda deyib.
Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın qərarın alqışlayıb və “Davam edin” deyib.
“Almaniya indicə Ukraynanı tank əleyhinə qumbaraatanlar və stinger raketləri ilə təchiz edəcəyini bildirib. Kansler Olaf Şolts, bunu davam etdirin,” o, Twitter səhifəsində yazıb.
Bundan öncə Polşanın baş naziri Mateuş Moravetski bəzi Qərb ölkələrini, xüsusilə də Almaniyanı “sarsılmaz eqoizm”lərinə Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyaya qarşı tətbi edilməli olan “dağıdıcı” sanksiyaları dəstəkləməkdən çəkindirməyə icazə verməkdə ittiham edib.
“Bu gün biz bəzi Qərb ölkələrində, o cümlədən, təəssüf ki, burada Almaniyada gördüyümüz sarsılmaz eqoizmə yer yoxdur,” Moravetski fevralın 26-da Berlində Almaniya kansleri Olaf Şoltsla görüşdən öncə polşalı müxbirlərə deyib.
“Mən ona görə bura gəldim ki, Almaniyanın vicdanını silkələyim ki, onlar nəhayət həqiqətən də əzici olan sanksiyalar tətbiq etmək qərarına gəlsinlər,” PAP xəbər agentliyi ona istinad edərək bildirib.
Moravetski Ukraynanı silahla təmin etmədiyinə görə Almaniyanını tənqid edib.
Bu arada isə Niderland Kyivin tələbi üzərinə Ukraynaya havadan müdafiə raketləri və tank əlethinə sistemlər göndərəcəyini bildirib.
Niderland hökuməti parlamenti bildirib ki, sürətli şəkildə 200 Stinger raketi və 200 raket ilə birlikdə 50 “Panzerfaust 3" tank əleyhinə silah göndərəcək.
Bir çox Qərb ölkəsi Ukraynaya daha çox müdafiə üçün hərbi texnika göndərməyə başlayıblar və Moskvaya maliyyə sanksiyaları tətbiq edib, əlavə sanksiyaların da olacağına söz veriblər.