Accessibility links

Əlcəzairin baş naziri girov böhranı ilə bağlı son təfərrüatları açıqlamalıdır


Əlcəzairin baş naziri bu gün griovdarlar da daxil edilməklə, 80 nəfərin öldürüldüyü təbii qaz kompleksində baş verənlərlə bağlı son təfərrüatları açıqlamalıdır.

Əlcəzairin təhlükəsizlik rəsmiləri ötən həftə girov böhranı yaşanan kompleksdə axtarış nəticəsində 25 cəsədin aşkar edildiyini deyib. Cəsədlərin kimə məxsus olduğu bilinmir. Rəsmilərin bildirdiyinə görə, Amenasda 5 yaraqlı ələ keçirilib.

Filippin rəsmiləri ölənlərin altı filippinlinin öldüyünü, dörd filippinlininsə hələ də itkin olduğunu bildirib.

Britaniyanın baş naziri Deyvid Kameron üç britaniyalının həlak olduğunun təsdiq edib, digər üç nəfərin isə öldürülündüyünün güman edildiyini bildirib.

Xarici girovlar arasında ABŞ, Britaniya, Norveç, Rumıniya, Filippin, Fransa, Malaziya, Yaponiya və Avstriya vətəndaşları var.

İslamçıların veb səhifəsində yayımlanan videoda yaraqlıların lideri Muxtar Belmuxtarın hücumun məsuliyyətini üzərinə götürdüyü nümayiş etdirilib. O deyib ki, qrup Mali xalqına qarşı hücumlar dayandırıldığı təqdirdə Qərblə müzakirələrə hazırdır.

Qərb Əlcəzair hökumətinin onlara qarşı hərbi cavabını dəstəkləyərək, cinayətkarlarla danışıqlar aparılmayacağını bəyan edib.
XS
SM
MD
LG