Accessibility links

Həsən Şəriətmədari: İslam Cümhuriyyəti kimi dövlətlərin seçkilərdən sui-istifadə dönəmi başa çatıb


Həsən Şəriətmədari
Həsən Şəriətmədari

İranlı müxaliflərin təşkil etdiyi “Keçid Dönəmini İdarə Şurası”nın baş katibi Həsən Şəriətmədari Amerikanın Səsinə müsahibədə İranda iyun ayının 18-də keçiriləcək prezident seçkiləri haqqında danışıb.

Həsən Şəriətmədari: İslam Cümhuriyyəti kimi dövlətlərin seçkilərdən sui-istifadə dönəmi başa çatıb
please wait

No media source currently available

0:00 0:12:08 0:00

Şəriətmədarinin sözlərinə görə, İslam Respublikasının liderləri bu günə qədər prezident seçkiləri ilə qüdrəti öz aralarında bölüşürdülər. Ancaq, ali lider Seyyid Əli Xameneyi artıq birbaşa öz istədiyi adamı bu vəzifəyə gətirmək istəyir.

İran kimi ölkələrdə ki 1990-lardan bəri seçkilərdən sui-istifadə olurdu və belə göstərirdilər ki, demokratiyanın inkişafı halındadırlar, artıq bu oyun bitib. İndi hamısı seçkiləri kənara qoyub və öz müstəbid üzlərini göstərirlər.

“İslam Cümhuriyyətində heç vaxt azad seçkilər olmayıb. Amma, bu var idi ki, bu seçkilər qüdrəti onların arasında bölürdü və öz içlərində bir razılıq olurdu. Sonra, yavaş yavaş o qədər məhdud oldu ki, dava öz aralarına da çəkildi. Xameneyi mümkündür ki, bu dövr dünyadan getsin. Buna görə qorxur ki, belə bir durumda başqası prezident vəzifəsində olsa, işi onun ailəsinin əlindən çıxara bilər,” mərhum Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin oğlu söyləyir.

Konstitusiyanı Qoruma Şurası prezidentliyə namizədliyini irәli sürәn 592 nәfәrdәn sadədə 7-sinin namizədliyi qeydə alıb. İran mediasında namizədliyi təsdiqlənən hazırkı Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisinin prezidentliyə seçilmə şansının digər namizədlərə görə önəmli dərəcədə yüksək olduğu önə çəkilir.

Həsən Şəriətmədarinin dediklərinə əsasən, mühafizəkar baş hakim İbrahim Rəisiyə rəqib ola biləcək siyasətçilər Seyyid Əli Xameneyinin göstərişi ilə Konstitusiyanı Qoruma Şurası tərəfindən kənarlaşdırılıblar:

Xameneyi mümkündür ki, bu dövr dünyadan gedə. Buna görə qorxur ki, belə bir durumda başqası prezident vəzifəsində olsa işi onun ailəsinin əlindən çıxara.

“Xameneyi bilib ki, xalq bu dövr seçkilərdə iştirak etməyəcək. Ona görə deyir ki, bu vəziyyətdə istədiyim adamı iş başına gətirim. Konstitusiyanı Qoruma Şurasına deyib ki, digər [namizədlər] meydandan çıxarılsın. Odur ki, öz aralarında böyük dava çıxıb. Əhmədinejadın ki namizədliyi rədd edilib, deyib mən seçkidə iştirak etməyəcəyəm. Bu ilk dəfədir ki, bunların öz içindən biri bunu deyir.”

Bir çox tanınmış siyasətçi diskvalifikasiya edildiyi üçün qeydə alınan namizədlər arasında ciddi rəqabət görünmür.

Şəriətmədari hesab edir ki, qızğın rəqabət mühiti hakimiyyətə qarşı xalq üsyanına yol aça bilərdi:

Hakimiyyət çox zəif vəziyyətdədir və qorxur ki, qızğın rəqabət vəziyyəti yaransa, xalq küçəyə tökülüb və xalq qiyamı ilə üzləşsin.

“Belə deyil ki, Xameneyinin bir çox alternativi var idi, amma o bu yolu seçdi. Başqa yolu yox idi. Seçkilərdə həyəcan yaratmaq üçün gərək icazə verəydi ki, keçmiş dövrdəki kimi, namizədlər bir-birlərinə qarşı hər şey desinlər. Amma indi hakimiyyət çox zəif vəziyyətdədir və qorxur ki, qızğın rəqabət vəziyyəti yaransa, xalq küçəyə tökülər və onlar xalq qiyamı ilə üzləşərlər.”

“Keçid Şurası”nın baş katibi İran kimi dövlətlərin seçkilərdən sui-istifadə dönəminin bitdiyini vurğulayır.

“Əlbəttə yalnız İran deyil, indi baxanda Rusiya, Belarus, Venesuela, Myanma və İran kimi ölkələrdə ki, 1990-lardan bəri seçkilərdən sui-istifadə olunurdu və belə göstərirdilər ki, demokratiyanın inkişafı halındadırlar, artıq bu oyun bitib. İndi hamısı seçkiləri kənara qoyub və öz müstəbid üzlərini göstərirlər.”

XS
SM
MD
LG