Accessibility links

Human Rights Watch: Fransa prezidenti Bakıdan açıqlama tələb etməlidir


Human Rights Watch_logo
Human Rights Watch_logo

Təşkilat hakimiyyəti Leyla və Arif Yunusların pasportlarını dərhal qaytarmağa, digər hüquq müdafiəçilərinə, jurnalistılərə qarşı təzyiqlərə son qoymağa, Rauf Mirqədirovu və fəalları həbsdən azad etməyə çağırır

"Azərbaycan hakimiyyəti tanınmış hüquq müdafiəçisi Leyla Yunusa və onun həyat yoldaşı Arif Yunusa qarşı repressiyalara son qoymalıdır. Azərbaycanın beynəlxalq tərəfdaşları, əsasən Avropa Şurası üzrə tərəfdaşlar açıq bildirməlidir ki, hüquq müdafiəçilərinə qarşı təqiblərin davam etməsi onların Azərbaycan hökuməti ilə münasibətlərinə təsir göstərir".

Bu barədə Human Rights Watch (HRW) təşkilatının mayın 2-də yaydığı bəyanatında deyilir.

Aprelin 28-də hakimiyyət Leyla Yunusun və onun həyat yoldaşının Bakı aeroportundan çıxmasına imkan verməyib. Onların pasportları alınıb, 24 saat ərzində təzyiqlərə məruz qalıblar ki, bu da A.Yunusun xəstəxanaya yerləşdirilməsinə səbəb olub.

Prokurorluq onları Ermənistanın xeyrinə casusluqda ittiham olunan jurnalist Rauf Mirqədirovun işi üzrə şahid kimi tanıyıb.

“Hakimiyyət dərhal Leyla və Arif Yunusların pasportlarını qaytarmalı, onların hərəkət azadlığının pozulmasına son qoymalıdır”, bəyanatda vurğulanır.

Fransa prezidenti Fransua Ollandın mayın 11-12-də Azərbaycana səfəri planlaşdırılır. Leyla Yunusun Bakıda onunla görüşəcəyi gözlənilir.

2013-cü ildə L.Yunus insan hüquqları uğrunda mübarizəyə görə Fransanın ali ordeni – fəxri legion ordeni ilə təltif edilib.

“Odur ki, Olland Leyla Yunusla görüşə təkid etməlidir və bildirməlidir ki, onların, həmçinin R.Mirqədirovun azadlığı Fransa-Azərbaycan münasibətləri üçün böyük əhəmiyyət daşıyır”, sənəddə deyilir.

Mayın 15-də Azərbaycan Avropa Şurası Komitəsində sədrliyi qəbul edəcək.

"Avropa Şurasının baş katibi Turbyörn Yanqland Leyla və Arif Yunusların , Rauf Mirqədirovun təqib olunması, eləcə də Azərbaycanda vətəndaş fəallarına və jurnalistlərə qarşı geniş təzyiqlərlə bağlı narahatlığını bildirib", HRW-nin Avropa və Asiya üzrə rəhbəri Reyçel Denber qeyd edib.

"Azərbaycanda hökuməti tənqid edənlərə qarşı saxta ittihamların irəli sürülməsi, dövlətə xəyanətdə ittiham olunaraq həbsə atılması çoxdan ənənə halını alıb", bəyanatda vurğulanır.
XS
SM
MD
LG