Accessibility links

Həsən Həsənovun nəşi Ermənistandan alınıb


 Kəlbəcərdə öldürülən Həsən Həsənov
Kəlbəcərdə öldürülən Həsən Həsənov

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlarla apardığı danışıqlar nəticəsində Azərbaycanın Ermənistan silahlı birləşmələrinin nəzarətində olan Kəlbəcər rayonu ərazisində erməni ordunun hərbçiləri tərəfindən 2014-cü il iyulun 11-də qətlə yetirilmiş Azərbaycan vətəndaşı Həsən Həsənovun nəşi oktyabrın 2-də qarşı tərəfdən alınıb.

Dövlət Komissiyasının məlumatına görə proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

XS
SM
MD
LG