Accessibility links

Rusiya və Azərbaycan prezidentləri Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirləri müzakirə edib


İlham Əliyev və Vladimir Putin (Arxiv foto. Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)
İlham Əliyev və Vladimir Putin (Arxiv foto. Mənbə: Azərbaycan Prezidentinin Administrasiyası)

Rusiya Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər müzakirə edilib.

Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Rusiya Prezidentinin Mətbuat xidməti də eyni məzmunlu məlumat yayıb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG