Accessibility links

Ned Prays: ABŞ ardıcıl olaraq diqqəti gərginliyin aradan qaldırılması zərurəti üzərində cəmləşdirib


Dövlət Departamentinin sözçüsü Ned Prays 
Dövlət Departamentinin sözçüsü Ned Prays 

Dekabrın 12-də rəsmi Vaşinqton bildirib ki, Ermənistan və Azərbaycan arasında Laçın dəhlizində qarşıdurma ilə əlaqədar gərginliyin aradan qaldırılması üçün səy göstərir.

Bu barədə Dövlət Departamentindəki ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualının cavabında rəsmi nümayəndə Ned Prays bildirib.

Son gərginliklə bağlı ABŞ-ın hər hansı mövqeyinin olub-olmadığı və gərginliyin artması ilə əlaqədar Vaşinqtonun vəziyyətə nəzarət etmək imkanının olub-olmaması ilə barədə suala cavabda Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays belə deyib: "Düşünürəm ki, biz ardıcıl olaraq diqqəti bu vəziyyət, gərginliyin aradan qaldırılması zərurəti, iki ölkəni möhkəm və hərtərəfli nizamlama yoluna çıxarmaq zərurəti üzərində cəmləşdirmişik".

Daha sonra Prays xatırladıb ki, bir müddət əvvəl ABŞ Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsində Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil edib.

"Baş müşavirimiz Fil Riker gərginliyin aradan qaldırılmasını təmin etmək üçün mümkün olan hər şeyi etmək üçün hər iki ölkənin rəsmiləri ilə fəal əməkdaşlıq edir", deyə Prays qeyd edib.

Dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında etiraz aksiyası keçirir.

Azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edən aksiya iştirakçıları Rusiya sülhməramlı kontingentinin komandiri Andrey Volkovun əraziyə gəlməsini tələb edir.

Nəticədə Qarabağ ermənilərinin Ermənistana təmas xətti olan Laçın dəhlizi faktiki olaraq bağlanıb.

Yerevanda Genosidə Qarşı Dördüncü Qlobal Forum əsnasında BMT Baş Katibinin Genosidin Qarşısının Alınması üzrə Xüsusi Məsləhətçisi Alis Vairimu ilə görüşən Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan regionda yaşayan ermənilərin həyati təhlükə ilə üzləşdiyini bildirib.

Gorus-Xankəndi yolunda baş verənləri Azərbaycanın Laçın dəhlisini bağlamaq cəhdi kimi dəyərləndirən Mirzoyan bunun rəsmi Bakının “etnik təmizləmə siyasətinin təzahürü” olduğunu vurğulayıb.

Dekabrın 12-də Rusiya prezidenti Vladimir Putin həm Ermənistanın baş naziri Nikol Paşinyan, həm də Azərbaycan prezidenti İlham Əliyevlə telefonda danışıb, regional təhlükəsizlik məsələləri ilə yanaşı Laçın dəhlizində yaranmış vəziyyət, Rusiya sülhməramlılarının növbəti addımları müzakirə edib.

Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb.

Azərbaycan tərəfi baş verənlərə görə Rusiya sülhməramlılarının komandanlığını günahlandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG