Accessibility links

İşçi qrupu İntiqam Əliyevlə bağlı Baş Prokurorluğa müraciət edib


İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)
İntiqam Əliyev (Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri)

İnsan Hüquqları üzrə birgə İşçi qrupunda təmsil olunan QHT nümayəndələri Baş Prokurorluğa müraciət edərək hüquq müdafiəçisi İntiqam Əliyevin azadlığa buraxılmasını və onun müalicəsi üçün şərait yaradılmasını xahiş edib.

İşçi qrupunun üzvü, Diları Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu Amerikanın Səsinə bildirib ki, İ.Əliyevin səhhətində ciddi problemlər var və təcili tədbirlər görülməlidir.

Hüquq müdafiəçiləri Leyla Yunusun da səhhətinin ağır olması ilə bağlı müraciət qəbul etmək niyyətindədir.

“Leyla Yunusun da vəziyyəti ağırdır, onun xaricə müalicəyə göndərilməsi üçün təcili tədbirlər görülməlidir”, N.Cəfəroğlu bildirib.

Bununla yanaşı işçi qrupu digər xəstə məhbuslara dair material toplayır və arayış hazırlayır. O ümidvar olduğunu bildirib ki, ilin sonunadək işin real nəticələri olacaq.

Hakimiyyət və QHT nümayəndəlrinin iştirak etdiyi İnsan Hüquqları üzrə birgə İşçi qrupu bir ay öncə Avropa Şurası baş katibi Turbörn Yaqlandın təşəbbüsü ilə yenidən yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG