Accessibility links

“Tehran türk və kürd fəalların telefonlarına casus-proqram göndərir”


Bir İsrail kibertəhlükəsizlik şirkətinin bildirdiyinə görə, İran İslam Respublikası mobil proqramlar vasitəsilə müxtəlif şəxslər, o cümlədən türk və kürd fəalların telefonlarını izləyir.

“Check Point” şirkətinin Avropa təmsilçilərindən Teri Karsenti bu barədə Fransanın AFP xəbər agentliyinə məlumat verib.

Şirkət araşdırmalarında ziyanverici proqramlardan təsirlənən təqribən 240 şəxsi təsbit etdiyini açıqlayıb və bu “kibercasusluq kampaniyasının İran mənşəli olduğuna dair təxminlərinin ardıcıl olaraq doğru çıxdığını” bildirib.

Check Point şirkəti həmçinin müəyyənləşdirib ki, İŞİD-in bəzi iranlı tərəfdarları, habelə “İran rejiminin sabitliyinə təhdid təşkil edə bilən bəzi kürd və türk mənşəli şəxslər” də casus-proqramların hədəfi olublar.

“Milli təhlükəsizliyə qarşı fəaliyyət” İran İslam Respublikası məhkəmələrinin qeyri-fars icmalara mənsub fəallara qarşı davamlı şəkildə irəli sürdüyü ittihamlardan biridir.

XS
SM
MD
LG