Accessibility links

Con Kerri: Türkiyənin anti-İŞİD kampaniyasında rolu yaxın zamanda müəyyən olacaq


ABŞ Dövlət katibi Con Kerri İslam Dövləti qrupuna qarşı koalisiyanın genişləndiyini, Türkiyə və başqa ölkələrin qərarlarının yaxın saatlar və günlər ərzində müəyyən olacağını deyib.

Kürd yarı-hərbi dəstələri ultra-radikal militantların üç həftə bundan əvvəl Suriya ilə sərhəddə yerləşən Kobani şəhərinə hücum etməsindən sonra beynəlxalq müdaxilə haqda dəfələrlə çağırışlar edib.

Türkiyə hələ müdaxilə etmir. Con Kerri Kobani uğrunda döyüşləri şərh edərkən “geri çəkilib, strategiyanı başa düşmək lazım olduğunu” deyib.

“Biz İŞİD-i ümumiyyətlə döyüş qabiliyyətindən məhrum etmək istəryirik, təkcə Kobanidə deyil, bütünlüklə Suriyada və İraqda da”-deyə Con Kerri bildirib.

ABŞ-ın başçılığı ilə koalisiya kürd döyüşçülərə yardım məqsədilə altı hava hücumu həyata keçirib. Kobani regionunun rəsmisi Anvar Moslem Amerikanın Səsinə müsahibədə koalisiyanın hava hücumlarının müsbət nəticələr verdiyini deyib.

XS
SM
MD
LG