Accessibility links

Con Kerri: Obama Ukrayna ilə bağlı yaxın günlərdə qərar verəcək


Ukraine
Ukraine

ABŞ Dövlət katibi Con Kerri prezident Barak Obamaın qarşıdan gələn günlər Rusiyaya qarşı mümkün yeni sanksiyalara dair seçimləri nəzərdən keçirib, Birləşmiş Ştatların Ukrayna ilə bağlı növbəti addımlarına dair qərar verəcəyini deyib.

Con Kerri bu açıqlamanı Londonda Britaniyanın Xarici İşlər naziri Filip Hammondla müzakirələrdən sonra verib. Müzakirələrin diqqət mərkəzində

Rusiyanın Ukraynanın şərqində separatçılara dəstəyi məsələsi olub.

Bundan öncə ABŞ dövlət katibi müxbirlərə beynəlxalq ictimaiyyətin Ukrayna torpaqlarının işğalı ilə əlaqədar olaraq əlavə sansksiyaların tətbiq edilməsi məsələsini nəzərdən keçirdiyini bildirərək, Rusiyanın son bir neçə gün ərzində utanmaz şəkildə davrandığını deyib.

Con Kerri ABŞ və onun müttəfiqlərinin Rusiyanın bu davranışı ilə barışmayacağını bildirib və qeyd edib ki, Rusiya regionda torpaqları işğal etməyə davam etdiyi halda, BMT-də Ukraynanın şərqində iğtişaşlara görə məsuliyyəti Ukrayna hökumətinin üzərinə atmağa səy göstərib.

Ukrayna perzidenti Petro Poroşenko keçən il Kiyevdə Maydan hadisələri zamanı Rusiya əleyhdarı nümayişçilərin snayper tərəfindən öldürülməsi ilə əlaqədar Kremli ittiham edib.

Rusiya xarici işlər nazirliyi bu ittihamı əsassız adlandırıb.

XS
SM
MD
LG