Accessibility links

Kliçko Kyivin müdafiə rejiminə başlandığını elan edib: "Gecə çox çətin olacaq, rus qoşunları paytaxta yaxındır"


Vitali Kliçko
Vitali Kliçko

Kyivin meri Vitali Kliçko brifinq zamanı Ukrayna paytaxtının müdafiəsinə başlandığını elan edib.

"Şəhər müdafiə mərhələsinə qədəm qoyub. İndi bəzi ərazilərdə atışma və partlayış səsləri eşidilir. Ukrayna hərbçiləri Rusiyanın diversiya qruplarını zərərsizləşdirir. Təəssüf ki, bu diversiya qruplarının bəziləri artıq Kyivə soxulub. Düşmən paytaxta diz çökdürmək və bizi məhv etmək istəyir", “Ukrainskaya Pravda” qəzeti ondan sitat gətirib.

Onun sözlərinə görə, “vəziyyət çətindir.”

Kyivin şəhər administrasiyası həmçinin hava hücumu təhlükəsi barədə xəbərdarlıq edib və insanları təcili olaraq sığınacaqlara getməyə çağırıb.

Kliçko daha öncə Kyiv, ələlxüsus da bu gün artıq döyüşlərin getdiyi Oblonsk rayounun sakinlərini döyüş təhlükəsi səbəbilə evdən və ya sığınacaqlardan çıxmamağa çağırmışdı. O insanları su, ərzaq və isti geyim ehtiyatı yaratmağa çağırmışdı.

Rusiya Müdafiə Nazirliyi rus qoşunlarının Kyivi qərb tərəfdən mühasirəyə aldığını bildirib. Hava-desant qüvvələrinin əsas güclərinin Kyivdən bir neçə kilometr aralıda yerləşən Antonov hava limanında rus paraşütçüləri ilə birləşdikləri bildirilir. Rusiya tərəfinin bildirdiyinə görə, aerodrom hərbi qulluqçular tərəfindən ələ keçirilib. Bu barədə bir gün əvvəl artıq ilkin məlumatlar yayılmışdı.

Fevralın 25-də səhər Kyivdə partlayışlar barədə xəbərlər yayılmağa başlayıb. Axşama artıq Xarkiv, Sumi, Xersonda hərbi əməliyyatların təsirinə məruz qalıb. NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında NATO-nun Ukraynanı hava hücumundan müdafiə sistemləri və əlavə silahlarla təmin edəcəyini bildirib. O qeyd edib ki, Rusiya “Ukraynanın qanuni yolla seçilmiş demokratik hökumətini devirmək istəyir” və Kremlin məqsədləri təkcə Ukrayna ilə məhdudlaşmır.

XS
SM
MD
LG