Accessibility links

Leyla Yunus: O, hələ BMT nümayəndələri istintaq təcridxanasında olarkən mənə hücum etdi


Leyla Yunus 9 saat didnirildukdən sonra
Leyla Yunus 9 saat didnirildukdən sonra

Kürdəxanıda yerləşən 1saylı Bakı İstintaq Təcridxanasında saxlanan hüquq müdafiəçisi Leyla Yunusla BMT-nin işgəncələr əleyhinə komissiyasının nümayəndələri görüşdükdən sonra ona qarşı təzyiqlər artıb. Leyla Yunus bu gün təzyiqlərə məruz qalması ilə bağlı mediaya açıq məktub ünvanlayıb. Məktubu təqdim edirik:

Sentyabrın 11-də saat 10.15-10.25-də Kürdəxanı istintaq təcridxanasında mənim saxlanıldığım kameraya BMT-nin işgəncələr əleyhinə komissiyasının nümayəndələri gəlib.

Mənim təklikdə komissiyaya mənə qarşı olan psixi və fiziki təzyiq metodları, məhbus Nuridə Hüseynovadan mənə qarşı istifadə olunması haqqında məlumat vermək imkanım var idi.

Şənbə günü N.Hüseynovanın mənə yetirdiyi xəsarət nəticəsində sağ ayağımda əmələ gəlmiş 20-25 sm-lik qançırı BMT nümayəndəsinə göstərdim. Həmçinin, kömək istədikdə məhz mənə töhmət verildiyini qeyd etdim.

BMT nümayəndələri digər kamera yoldaşlarımla söhbət edərək, onlara problemləri haqqında suallar veriblər. BMT nümayəndələri kameranı tərk etdikdən 6-7 dəqiqə sonra Nuridə Hüseynova mənə hücum edib, qışqır-bağır salaraq, heç kimin köməyinə ümid etməməyimi dedi.

O, TV-nin səsini axıra qədər açdı və məni təhqir etməyə davam etdi, ümumiyyətlə əlimi-ayağımı qıracağı ilə hədələdi... Qapıya vurmağa başladım. Nəzakət Məmmədova qapını açdı, psixoloji təzyiqə və zorakılıq təhdidinə məruz qaldığım üçün BMT nümayəndələrini yenidən kameraya dəvət etməyi xahiş etdim. N.Məmmədova nəzakətlə bildirdi ki, onlar başqa kameradadırlar, çıxan kimi onlardan yanıma gəlməyi xahiş eəcək. O, vədini iki dəfə təkrar etdi.

Əlbəttə, məni növbəti dəfə aldatdılar. Artıq qapını döymədim, bir saat sonra isə nəzarət əməkdaşı BMT nümayəndələrinin korpusu tərk etdiklərini dedi. Nuridə Hüseynova isə istehza və hədələrinə davam etdi.

Belə bir nəticə çıxır ki, ondan mənim fiziki və psixi sağlamlığımı pozmaq üçün istifadə edirlər (ola bilər ki, prokurorluq). O, hələ BMT nümayəndələri istintaq təcridxanasında olarkən mənə hücum etdi.

Mənə yatmağa imkan vermirlər, BMT-nin müdafiə edə bilməyəcəyini nümayiş etdirirlər.

Leyla Yunus

Bununla yanaşı, Penitensiar Xidmət Leyla Yunusun bəyanatına hələ münasibət bildirməyib. Bununla yanaşı qurumun ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, Penitensiar Xidmət tabeliyində olan bütün cəzaçəkmə müəssisələrini tam nəzarətdə saxlayır və cəza çəkənlərlə bağlı narahatlığa heç bir ciddi əsas olmadığını bəyan edir.

XS
SM
MD
LG