Accessibility links

Mahmud Bilgin: İbrahim Rəisi höküməti hərbi görüntü yaradır


Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə İran prezidenti İbrahim Rəisinin daxili və xarici siyasəti, həmçinin onun iqtisadi problemlərin həlli istiqamətindəki fəaliyyətini dəyərləndirib.

O, İbrahim Rəisinin problemləri çözməyə qadir olmadığını, fəqət ədalət şüarı ilə əhalini ümidləndirmək istədiyini önə çəkir.

Bu hökümət keçmiş hökümətlərə nisbət daha çox hərbi görüntü verir. Elə birbaşa daxili işlər naziri Əhməd Vəhididən tutmuş, bir çox digər nazir və önəmli valilərə qədər generallardan təyin edilib.


“İqtisadi vəziyyət elə ağırdır ki, özləri dövlətin iflasa uğramasından danışırlar. Buna görə də ədalət şüarını ortaya qoydular ki, heç olmasa ümid versinlər xalqa ki, son illərin aksiyaları təkrarlanmasın. 2018 yanvar, 2019 noyabr və ya su qıtlığı etirazları kimi. Çünki bu qabiliyyət var ki, küçə etirazları yenə başlasın və rejimin bütünüyü sual altına aparılsın,” siyasi fəal söyləyir.

Bilginin dediklərinə görə, İbrahim Rəisi höküməti ədalət vədinin nəticə vermədiyi təqdirdə küçə etirazlarını önləmək üçün hərbi qüvvələri də meydana gətirib:

“Bu hökümət keçmiş hökümətlərə nisbət daha çox hərbi görüntü verir. Elə birbaşa daxili işlər naziri Əhməd Vəhididən tutmuş, bir çox digər nazir və önəmli valilərə qədər generallardan təyin edilib.”

Bunlar özləri bizdən yaxşı bilirlər ki, vəziyyət nə qədər bərbaddır. Valiləri hərbi qüvvələrdən seçməyin əsas səbəbi də budur ki, etirazları önləməyə hazırlıq aparırlar.


Siyasi fəal əlavə edir, “neft naziri açıq deyir ki, neft və qaz sektoruna yarırım üçün pul tapa bilməsək, biz ölkə daxilinin enerjisini belə təmin edə bilməyəcəyik. Bunlar özləri bizdən yaxşı bilirlər ki, vəziyyət nə qədər bərbaddır. Valiləri hərbi qüvvələrdən seçməyin əsas səbəbi də budur ki, bunlar etirazlar və hərəkətlərin olacağını gözləyirlər və bu hərəkətləri önləməyə hazırlıq aparırlar.”

İbrahim Rəisi İslam İnqilabı Qvardiyasının (Sepah) komandirlərindən General Abidin Xürrəmi Şərqi Azərbaycan vilayətinə vali təyin edib.

Mahmud Bilginin sözlərinə görə, “Güney Azerbaycan və ya qeyri-farsların yaşadığı digər bölgələrin durumları fars bölgələrindən qat-qat daha ağırdır. Bu bölgələrə büdcə ayrımaqda və digər məsələlərdə ayrı-seçkilik olunur. Bunlar gördülər ki, Əl-Əhvazda olan hərəkata Azərbaycan Milli Hərəkatından güclü dəstək gəldi. Azerbaycanda güclü bir qüdrət nümayişi ortaya çıxdı. Yəni Azərbaycanda milli şüur o qədər yüksəlib ki, həm məişət məsələləri, həm siyasi məsələr, həm də digər qeyri-fars bölgələrin məsələlərinə laqeyd deyil. Bu qaynağın əsası Təbrizdir. Oraya bir general gətiriblər ki, hərəkət olanda tez basdırsınlar.”

XS
SM
MD
LG