Accessibility links

Mehdi Nəimi: İran hakimiyyəti qeyri-fars əhalinin təpkisini yoxlamadan keçirir


Mehdi Nəimi

2006-cı ilin mayında və 205-ci ilin noyabrında İran Azərbaycanı və Tehranda dövlət mediasında “türklərin aşağılanmasına” etiraz olaraq kütləvi üsyanlar baş verdi. Lakin qeyri-farslara qarşı assimilyasiya prosesini sürətləndirmək yönündə həyata keçirilən “farsca yetərlilik testi” kimi təşəbbüslər hələ ki, oxşar etirazlara yol açmayıb. Milli fəal Mehdi Nəimi bunun səbəbləri haqda Amerikanın Səsinə danışıb.

Mehdi Nəimi Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:15:25 0:00

Onun sözlərinə görə, hazırda şərait əlverişli olmasa da, gələcəkdə “2006 və 2015 olaylarından daha ciddi reaksiyalar ortaya qoyula bilər və insanlar meydana çıxa bilərlər.”

Nə qədər ciddi təpki yoxdursa, sonunda insanlar 'farsca yetərlilik testi'-nə də qatlaşacaq və deyinə-deyinə qalacaqlar.

İranda məktəblərin yeni dərs ili üçün qeydiyyata almağa başladıqlarından bəri Ərdəbil, Şərqi Azərbaycan və Qərbi Azərbaycanın müxtəlif bölgələrində bəzi ailələr uşaqlarının yetərlilik testindən keçirildiyinə dair sosial mediada məlumat paylaşıb və ya mətbuata müsahibə veriblər. Amma bəzi bölgələrdə təhsil idarəsinin məsulları bu xəbərləri təkzib edirlər. Paytaxt Tehran və Zəncanda isə məsullar təşəbbüsün icaraya qoyulduğunu təsdiq və onu müdafiə edirlər.

Mehdi Nəiminin söylədiklərinə görə, müxtəlif bölgələrdə ziddiyyətli açıqlamalar verən rəsmilərin məqsədi əhalinin təpkisini ölçmək ola bilər.

“Buna ağızların dadını öyrənmək deyirlər. Məsələn bir yerdə icra olur amma birisi qalxır deyir, yox olmadı. Ya bir kənddə icra olur, birində olmur. Bu yavaş yavaş yerini tapacaq. Bəlkə istəmirlər bir dəfədə icra edələr. Amma alışdıra-alışdıra (isinişdirərək) yerinə oturda bilərlər. Nə qədər ciddi təpki yoxdursa, sonunda insanlar ona qatlaşacaq və deyinə-deyinə qalacaqlar,” deyə siyasi fəal ifadə edir.

İndi sosial mediada insanlar içlərində olan o aqressivliyi bir şəkildə boşaldıb və özlərini biraz rahatlada bilirlər. Elə ki, sanki etiraz bildiriblər.

“Farsca yetərlilik testi” təşəbbüsü təhsil nazirliyi tərəfindən açıqlandıqdan bəri türk fəallardan əlavə, İran Azərbaycanında fəaliyyət göstərən ictimai xadimlər, yazarlar, jurnalistlər və millət vəkilləri arasında ciddi təpkilərə yol açıb. Amma, keçmişdə İran mediasında türklərin aşağılanmasına etiraz olaraq əhali küçəyə çıxmış və kütləvi üsyanlar baş vermişdi.

Niyə İslam Respublikasının qeyri-fars icmalara qarşı həyata keçirdiyi assimilyasiya siyasətləri oxşar etirazlara yol açmır?

Mehdi Nəimi deyir ki, “bunun bir neçə səbəbi ola bilər. İndi sosial mediada insanlar içlərində olan o aqressivliyi bir şəkildə boşaldıb və özlərini biraz rahatlada bilirlər. Elə ki, sanki etiraz bildiriblər. Bir səbəbi də bu ola bilər ki, indi bəzi parçalanmalar ortaya çıxmış. A xəttində gedən, B xəttində gedəni qəbul etmir. Milli Hərəkatdakı parçalanmaların da bir miqdar təsiri ola bilər.”

O, iqtisadi çətinliklər və digər basqılar üzündən əhalinin üzgünlüyünü önə çəkir:

“İqtisadi basqılar insanları yormuş. Yəni o, obyektiv maraqlar gəlir subyektiv maraqları üstələyir. Bir də ki, bəlkə hakimiyyət başqa hallarda bəzi hərəkətləri özü başladır və insanların enerjisini alır. Bunlar yan-yana gələndə ciddi təpkilərin ortaya çıxmasına mane olur. Amma yenə də bu potensial vardır. İnsankarın inancı olana qədər, 2006 və 2015 olaylarından daha ciddi şəkildə reaksiyalar da ola bilər. İnsanlar meydanlara çıxa bilər.”

Mehdi Nəimi Amerikanın Səsinə müsahibədə gündəmdə olan bəzi digər olaylar haqqında da danışıb. O, İranda pul vahidinin “rial”-dan “parse”-yə dəyişiləcəyinə dair xəbərləri şərh edib.

Şərhlərə bax

XS
SM
MD
LG