Accessibility links

İranın 34 partiya və təşkilatı Xatəmini prezidentliyə vahid namizəd elan edib


Məhəmməd Xatəmi
Məhəmməd Xatəmi

Məhəmməd Xatəminin namizədliyini İslahatçılar Cəbhəsi və Mötədillər Cəbhəsi irəli sürüb

İranın keçmiş prezident Məhəmməd Xatəminin yenidən prezidentliyə namizədliyi irəli sürülüb.

“Media forum” saytı xəbər verir ki, Məhəmməd Xatəminin namizədliyini 18 partiya və təşkilatı özündə birləşdirən İslahatçılar Cəbhəsi və 16 partiya və təşkilatın birləşdiyi Mötədillər Cəbhəsi irəli sürüb. Hər iki cəbhə razılığa gələrək Xatəmini özlərinin vahid namizədi elan edib.

Adıçəkilən cəbhələrin rəhbərləri hazırda Məhəmməd Xatəmidən cavab gözlədiklərini, eləcə də məsələni müzakirə etmək üçün ölkənin dini lideri ayətullah Əli Xamneyiyə məktub yazdıqlarını bildiriblər.

İslahatçılar Cəbhəsi sədrinin müavini Məhəmmədcavad Həqşünas martın 3-də jurnalistlərə açıqlamasında deyib ki, ayətullah Xamneyiyə yazdıqları məktubda bu ilin iyun ayında ölkədə keçiriləcək prezident seçkisindən, seçki ərəfəsində partiyaların fəallaşması məsələsindən və digər məsələlərdən bəhs ediblər: “Məktubda dini liderlə görüşmək istəyimizi də ifadə etmişik. Görüşdə seçki ilə bağlı öz fikrimizi bildirməklə yanaşı dini liderin bu məsələlərə münasibətini də öyrənmək istərdik.

Dini liderə məktubu İslahatçılar Cəbhəsində təmsil olunan İran Xalqının İqtidarı Partiyasının rəhbəri Məcid Bəhmənzadə, Mötədillər Cəbhəsindən isə İran Övladları Partiyasının rəhbəri Cəmşid İrani imzalayıblar”.
İslahatçılar Xamneyiyə məktubu iki həftə əvvəl yazsalar da, bu günə qədər ondan hər hansı cavab almayıblar.
XS
SM
MD
LG