Accessibility links

Qadın yürüşünün təşkilatçıları: Məqsəd problemə diqqət çəkmək idi


Martın 8-də qadınlar Bakıda “8 Marş - Zorakılığa Qarşı Get” şüarı altında aksiya keçirib.

Təşkilatçıların sözlərinə görə, yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaq olub.

Yürüşün marşrut planı Azad Qadın heykəlindən başlayaraq Xurşudbanu Natavanın heykəlinə qədər davam etmək idi.

Lakin yürüş zamanı polis aksiyaçıları avtobus dayanacağına və metro stansiyasının girişinə doğru sıxışdırıb. Həmin vaxt bəzi naməlum qadınlar da aksiya iştirakçılarını qınayıblar, müəyyən gərginlik yaşanıb.

Təşkilatçıların sözlərinə görə, yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaq olub.

Qadın haqqları fəalı və “Qadına şiddətə yox!” aksiyasının təşkilatçılarından biri Gülnara Mehdiyeva Amerikanın Səsinə müsahibəsində bildirib ki, bu yürüşün ideyasa spontan yaranıb və sosial şəbəkələrdə yürüşlə bağlı məlumat yayılandan sonra iştirak edəcəklərini deyən insanların sayı onları təəcübləndirib: “İnsanlar tədbiri paylaşır və iştiraka çağırış edirdilər. Bizdə belə təəssürat yarandı ki, sanki cəmiyyət bu cür yürüş gözləyirmiş.”

Aksiyadan bir gün öncə, Bakı Şəhəri Baş Polis İdarəsinin xəbərdarlığına baxmayaraq, qatılanların sayının təəccüb oyatdığını deyən qadın haqları fəalı əlavə edir ki, polisin müdaxiləsi məsələnin necə ciddi olduğunu nümayiş etdirməyə yardım etdi:

“Yürüşü məqsədinə çatmış hesab edirəm. Məqsədimiz problemə diqqəti çəkmək idi. Polisin müdaxiləsi olmasaydı, bəlkə də bizim yürüşümüzə ciddi diqqət olmayacaqdı. Amma o zorakılıq və təzyiqlər ki, baş verdi, bu məsələni daha çox gündəmə gətirdi və problemin daha da ciddi olduğunu nümayiş etdirdi. Əslində polis aksiyamızı işıqlandırmaqda və dərdimizi deməkdə bizə yardımçı oldu.”

Aksiya ilə bağlı həm müsbət, həm də mənfi reaksiyalar aldıqlarını deyən digər təşkilatçısı Nisə Hacıyeva bildirir ki, bu tədbirin ölkənin müstəqillik qazanmasından sonra keçirilən ilk qadın yürüşü olduğunu nəzərə aldıqda bu cür reaksiyalar gözlənilən idi.

Polisin müdaxiləsi haqda danışan Hacıyeva qanunvericiliyə görə aksiya haqda xəbərdarlıq etmələri tələb olunsa da, mövcud reallıqda bu icazə mahiyyəti daşıyır: “Bizim isə icazə almaq fikrimiz yox idi. Çünki Azərbaycan qadını onsuz da bu icazəyə görə ərindən, atadan, qardaşdan şiddətə məruz qalır.”

Fəallar eyni yürüşün hər il keçiriləcəyini bildirdilər.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG