Accessibility links

Qadın Krizis Mərkəzinin rəhbərinin mənzilində axtarış aparmaq istəyirlər


Mətanət Əzizovanın mənzilində axtarış üçün gəliblər
Mətanət Əzizovanın mənzilində axtarış üçün gəliblər

Mətanət Əzizovanın mənzilinin qarşısına prokurorluğun əməkdaşları gəlib

Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin əməkdaşları bu gün saat 14 radələrində Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın Bakının Nizami rayonu, Qara Qarayev 32 (Qara Qarayev metrosunun yaxınlığı) ünvanında yerləşən mənzilində axtarış aparmaq üçün gəliblər.

Amerikanın Səsinin həmin ünvanda olan müxbiri bildirir ki, hazırda Mətanət Əzizova evdə olmadığından prokurorluğun əməkdaşları evə daxil ola bilmir. Mənzildə Əzizovanın oğlu var və o da qapını açmır. Bununla yanaşı Mətanət Əzizovanın telefonları cavab vermir.

Əzizovanın nümayəndəsi Samirə Ağayeva Amerikanın Səsinə bildirib ki, bundan öncə prokurorluqda Rauf Mirqədirovun cinayət işi üzrə iki gün dindirilib.

Bu gün isə prokurorluq əməkdaşları axtarış üçün məhkəmənin qərarının olduğunu desə də, qərarı Samirə Ağayevaya göstərməkdən imtina ediblər. Eyni zamanda onun iştirakı ilə axtarış aparılmasına təkid ediblər. Ağayeva isə mülkiyyətin sahibi o olmadığından buna razılıq verməyib.

Son dəqiqələrdə prokurorluq əməkdaşlarına axtarışın bu gün keçirilməsinin vacib olduğunu bildirib.
XS
SM
MD
LG