Accessibility links

Məşhurlar: Mila Kunis Ukrayna siyasətçisi tərəfindən təhqir edilib


Mila Kunis əslən ukraynalı olması ilə qürur duyur. Amma Ukrayna hökumətinin aktrisaya münasibəti o qədər də yaxşı deyil. Belə ki, Ukrayna hökuməti onu anti-semitik təhqirə məruz qoyub.

Eşton Kuçerin sevgilisi olan aktrisa Mila Kunis deyilənə görə Ukrayna siyasətçisi tərəfindən tənqid edilib.

TMZ.com veb səhifəsinə istinadən Yəhudi qruplar İqor Miroşniçenkonun 29 yaşlı aktrisanın əsil ukraynalı olmadığını deməsindən və onu `zhydovka` adlandırmasından hiddətlənib.

`Jidovka` `murdar yəhudi` deməkdir. Və veb səhifəyə istinadən Holokast vaxtından bəri yəhudilərə vurulan ləkədir.

Bu ifadə ilə əlaqədar bir sıra etiraz aksiyaları keçirilib. Əsasən də Ukrayna Ədliyyə Nazirliyi bu sözün yəhudilərə şamil edilməsinin qanuni olduğunu elan etdikdən sonra.

Hələ ki, tanınmış aktrisa buna münasibət bildirməyib. Zavallı Mila.
XS
SM
MD
LG