Accessibility links

Milli Şuranın sessiyası keçirildi


Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edir
Milli Şura yanacağın qiymətinin qaldırılmasına etiraz edir

Sessiyada 60 üzv iştirak edir

Yanvarın 16-da Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahında Demokratik Qüvvələrin Milli Şurasının iclası başlayıb. İclasda “2014-cü il üçün Milli Şuranın Fəaliyyət İstiqamətləri” adlı sənəd müzakirə olunur.

Sessiyada 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.

Sənəddə müzakirələrin fəallaşdırılması, ölkənin sosial-iqtisadi problemlərinin həlli üzrə təkliflər hazırlanması, seçkiqabağı strategiyanın hazırlanması, vətəndaş cəmiyyətinin əsaslarının möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və s. nəzərdə tutulur.

Müzakirələr zamanı Koordinasiya Şurasının (KŞ) seçilməsi təklif edilib. Milli Şura üzvlərindən 19 namizəd irəli sürülüb.

Koordinasiya Şurasının məşvərət orqanı olacağı, ümumi strategiyanın işlənib hazırlanmasını müzakirə edəcəyi və qərarların qəbulunu əlaqələndirəcəyi nəzərdə tutulur.

KŞ yaradılması ideyasını EL hərəkatının sədri Eldar Namazov təklif edib.

***
AXCP-nin mərkəzi qərargahında Milli Şuranın növbəti sessiyası başlayıb. Sessiyanın işində Milli Şuranın 77 üzvündən 60 üzv iştirak edir.

Sessiya ilk öncə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

Gündəlikdə Milli Şuranın gələcək fəaliyyət planının müzakirəsi durur.

Xatırladaq ki, Milli Şuranı Müsavat Partiyası və onun tərəfdarları tərk edib. Bundan öncə isə Liberal Partiyası Milli Şurada fəaliyyətini dayandırıb.

Milli Şura təsis ediləndə 135 üzvü olub.
XS
SM
MD
LG