Accessibility links

Azərbaycan vətəndaşlarına Misirə getməmək tövsiyə olunur


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Qahirədəki Azərbaycan səfirliyi adi rejimdə işləyir

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi vətəndaşları Misirdə vəziyyətin kəskinləşməsi ilə əlaqədar bu ölkəyə getməkdən çəkinməyə çağırıb. Nazirliyin məlumatında deyilir ki, turizm firmalarına bu barədə göstəriş verilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə Amerikanın Səsinə bildiriblər ki, Qahirədəki Azərbaycan səfirliyi adi rejimdə fəaliyyət göstərir.

Mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib k, Misirdə olan və ya orada yaşayan Azərbaycan vətəndaşlarına toqquşmaların baş verdiyi yerlərdən uzaq olmaq tövsiyə olunub.

Azərbaycanın Misirdəki səfirliyinin məlumatına görə, hazırda ölkədə azı 50 nəfər Azərbaycan vətəndaşı var.
XS
SM
MD
LG