Accessibility links

Ban Gi Mun Misirlə bağlı narahatlığını bildirib [Fotoqalereya]


BMT-nin baş katibi Ban Gi Mun Misirdəki davamlı həbslər və müxalifət liderlərinin həbsinə göstəriş verilməsi ilə bağlı narahatlığını bildirib.

BMT-nin bəyanatında bildirilir ki, Misirin xarici işlər naziri Məhəmməd Kamal Əmrlə telefon söhbəti zamanı cənab Ban Misirin əsas partiyaları və ya icmalarının kənarda tutulmasının mümkün olmayacağını deyib.

Baş katib deyib ki, Misirin siyasi spektrumunda yer alan partiyalar gələcəyin müəyyən edilməsi ilə bağlı dialoqa cəlb edilməlidir.

Müsəlman Qardaşları partiyasının sözçüsü devrilmiş prezident Məhəmməd Mursinin hakimiyyətinin bərpa edilməsi tələblərindən əl çəkilməyəcəyini bildirib. Qrup cümə günü kütləvi aksiyalara çağırıb.

Devrilmiş prezident Məhəmməd Mursinin Müsəlman Qardaşlarının hər bir yeni rolu rədd etməsinə baxmayaraq Misirin müvəqqəti baş naziri Hazim Əl-Biblavi yeni kabinetin təşkilini davam etdirir. Qardaşlar çərşənbə günü müxalifət liderlərinin həbs ediləcəyi barədə xəbərdarlıqları tənqid edib.

Misirin baş hakimi bazar ertəsi Qahirədə 51 nəfərin ölümü ilə nəticələnən zorakılqıda Müsəlman Qardaşları Partiyasının sədri Məhəmməd Badini və müavinlərindən birini, eləcə də digər 8 nəfəri günahlandırıb. Qardaşların sözçüsü isə bu məsələdə diqqətin hərbi əməliyyatlara yönəlməli olduğunu deyib.

Keçən gecə Mursi tərəfdarları əllərində boş tabutlar Qahirədəki prezident iqamətgahına doğru gedib. Onlar bu tabutların ordunun cənab Mursini həbs etdikdən və hökumətin nəzarətini ələ keçirdikdən sonra qətlə yetirdikləri insanları tərənnüm etdiyini deyiblər.
XS
SM
MD
LG