Accessibility links

Nardaran Ağsaqqallar Şurasınımn sədrinin həbsi müxalifətin kəskin tənqidinə səbəb olub


Natiq Kərimov
Natiq Kərimov

Nardaran hadisələri və Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun dünənki həbsi müxalifətin kəskin tənqidi ilə qarşılanıb.

Milli Şuranın sədri Cəmil Həsənli Facebook səhifəsində dərc etdiyi məqalədə Nardaran hadisələrini 1937-ci il Stalin represiyası ilə müqayisə edir.

Cəmil Həsənli
Cəmil Həsənli

- Dostlar! Gözümüzün qarşısında bir kəndin dramı, bir kəndin faciəsi baş verir. Söhbət 6 həftəyə yaxındır ki, səmasında qara buludlar dolanan Nardaran kəndindən gedir. Noyabrın 26-da Daxili İşlər Nazirliyinə məxsus qüvvələr kənddə xüsusi əməliyyat keçirdi. Əməliyyat zamanı ikisi polis əməkdaşı olmaqla 7 nəfər Azərbaycan vətəndaşı həyatını itirdi. Bir kənd hüdudlarında keçirilən əməliyyat zamanı bu qədər adamın həyatını itirməsi yolverilməzdir. Uzun müddət Nardaran mühasirədə saxlanıldı, kəndə giriş-çıxış qadağan edildi, borc bəhanəsi ilə yaşayış məntəqəsinin qazı, suyu, işığı kəsildi. Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Hacı Tale Bağırzadə başda olmaqla onlarla adam ibadət zamanı həbs edildi. Halbuki, hüquq mühafizə orqanlarının, hətta ifşa olunmuş keçmiş MTN-nin çağırışlarına belə o, vaxtında reaksiya vermişdi. Onu və tərəfdarlarının həbsi üçün insan ölümü ilə nəticələnən əməliyyat keçirməyə heç bir ehtiyac yox idi. Ay yarıma yaxındır Nardaranda həbslər səngimək bilmir.

Kərbəlayi Natiq Kərimov Milli Şuranın üzvüdür, bütün varlığı ilə bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqaldır. O, kamil iman sahibi, radikallıqdan uzaq şüurlu bir dindardır, mövqeyi olan bir vətəndaşdır, Azərbaycan bayrağı həmişə başının üzərində, vətən sevgisini ürəyində daşıyıb.

Bu gün kənd ağsaqqalı Kərbəlayi Natiqə vətənə xəyanət ittihamı ilə cinayət işi açıldı və bu vətənsevər ağsaqqal haqqında dörd aylıq həbs qəti imkan tədbiri seçildi. Kərbəlayi Natiq Kərimov Milli Şuranın üzvüdür, bütün varlığı ilə bu millətə, bu xalqa, bu dövlətə bağlı bir ağsaqqaldır. O, kamil iman sahibi, radikallıqdan uzaq şüurlu bir dindardır, mövqeyi olan bir vətəndaşdır, Azərbaycan bayrağı həmişə başının üzərində, vətən sevgisini ürəyində daşıyıb. Ona qarşı irəli sürülən ittiham çox ağırdır. Son vaxtlar belə ittihamların sayı çoxalıb. Leyla və Arif Yunuslar da bu maddə ilə cəzalandırılmışdı, onlardan əvvəl Hilal Məmmədov da vətənə xəyanət adı altında həbsdə saxlanılır, lap bu yaxınlarda tanınmış jurnalist Rauf Mirqədirov da “vətən xaini” çıxarıldı. İndi vətənin bir parçası olan Nardaranda da hər kəsin başı üzərində bu ittiham dolaşmaqdadır.

Azərbaycan Daxili İşlər Xalq Komissarının müavini Sumbatovun qurduğu əməliyyat nəticəsində İsmayıllı rayonunun Kürtmaşı kəndində 16 yaşından 76 yaşına qədər bütün kişi əhalisi həbs edilmişdi. Guya bir kəndin əhalisinin məqsədi Azərbaycanda Sovet hökumətini devirib köhnə quruluşu bərpa etmək imiş.

Bir kəndin ucdantutma cəzalanırılması sonuncu dəfə 1937-ci ildə baş verib. Azərbaycan Daxili İşlər Xalq Komissarının müavini Sumbatovun qurduğu əməliyyat nəticəsində İsmayıllı rayonunun Kürtmaşı kəndində 16 yaşından 76 yaşına qədər bütün kişi əhalisi həbs edilmişdi. Guya bir kəndin əhalisinin məqsədi Azərbaycanda Sovet hökumətini devirib köhnə quruluşu bərpa etmək imiş. Amma bu ittihamı, xüsusilə kənddə anti-sovet üsyançı dəstənin olduğunu əsaslandırmaq üçün silah olmalı idi. Ucdantutma həbs edilən ailə başçılarının həyat yoldaşlarını istintaqa cəlb etdilər, onlardan üsyançıların silahlarını tələb etdilər. İşgəncələr çox ağır idi, əksəriyyəti erməni olan müstəntiqlər işgəncələr hesabına kənd qadınlarından həyat yoldaşları, qardaşları əleyhinə guya onların silahları olması barədə təsdiqləyici ifadələr almalı idilər. İşgəncələr o qədər dözülməz idi ki, 8 aylıq hamiləliyini yaşayan gənc qadın Zərnişan Əzizova bu vəhşiliyə dözməyib uşaq saldı və uşaqla bərabər özü də həyatını itirdi. Yalnız bu metodlarla müstəntiqlər Kürtmaşı üsyançı dəstəsinin silah-sursatı haqqında ifadələr ala bildilər.

Qadınların keçirdiyi iztirabların, Nardaran uşaqlarının keçirdiyi psixoloji şokun bədəlin kim ödəyəcək. Axı, bu zavallılar Azərbaycan analarıdır, Azərbaycan körpələridir.

İndi təxminən 80 il sonra müstəqil Azərbaycanda Nardaran təxmin belə bir tale yaşayır. Kənddə guya Azərbaycanın konstitusiya quruluşunu dəyişməyə cəhdlər olub, radikal islam qruplaşması fəaliyyət göstərib. Bir kəndin bütün əhalisi bu cəfəng ittihamın əzabını çəkir. Əldə olunan məlumatlara görə silah axtarışı adı ilə maska geyinmiş silahlı DİN əməkdaşları qəflətən evlərə daxil olur, qadınlar və uşaqlar bu dəhşətli mənzərəni yaşayır. Qadınların keçirdiyi iztirabların, Nardaran uşaqlarının keçirdiyi psixoloji şokun bədəlin kim ödəyəcək. Axı, bu zavallılar Azərbaycan analarıdır, Azərbaycan körpələridir.

Həbs olunmuş insanlara işgəncə verilməsi barədə məlumatlar var idi. Uzun müddət onların vəkillərlə əlaqəsinə imkan verilməməsi bu ehtimalları daha da artırırdı. Bu günlərdə aydın oldu ki, Hacı Tale Bağırzadənin burnunu sındırıblar. Bu barədə ilahiyyatçının vəkili Cavad Cavadov məlumat yayıb. Vəkilin sözlərinə görə Tale Bağırzadə ağır işgəncələrə məruz qalıb, burun sümüyü sındırılıb. Özünün bildirdiyinə görə, bu yolla ondan etirafedici, hətta digər şəxslərə qarşı ifadələrin alınmasına cəhdlər edilib”. Sual olunur Nardaran məhbuslarına qarşı törədilən işgəncələrin vaxtilə Kürtmaşı sakinlərinə qarşı törədilən işgəncələrdən fərqi nədir? Kim müstəqil Azərbaycanda 1937-ci ilin istintaq metodlarını bərpa etməyə icazə verib, hansı əsasla insanlarla belə rəftar edirlər? Azərbaycan vətəndaşlarlarının can və mal güvənliyinə təminat verən dövlət rəsmiləri bəs hara baxırlar. Biz bu yaxınlarda Azərbaycanın MTN adlı dövlət qurumunun ifşa olunmuş buna bənzər əməllərinin şahidi olduq. Törətdikləri cinayətin şiddətindən bəzi keçmiş yüksək vəzifəli MTN zabitlərinin özlərini intihar etmələri barədə yayılan məlumatlar görünür bəzilərinə dərs olmayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Facebook səhifəsində yazır ki, Nardaranda əməliyyat keçirilən günlərdə mətbuata, ictimaiyyətə kənddən yalnız Natiq bəy məlumat verirdi.

Natiq Kərimov Milli Şuranın Avropa Birliyinə inteqrasiya ilə bağlı siyasi bəyannaməsini imzalamış ağsaqqal din xadimlərindən biridir.

“Biz yaxşı xatırlayırıq ki, Natiq bəy həmin çətin günlərdə həmkəndlilərini təmkinli olmağa, polisə müqavimət göstərməməyə, hökumətlə dialoqa getməyə, silahı olanları silahlarını təhvil verməyə çağırırdı. Natiq bəy Milli Şuranın üzvü olaraq hər zaman hakimiyyətlə yalnız dinc mübarizənin tərəfdarı olduğunu bildirib. Yaxşı yadımdadır, hətta müsahibələrinin birində demişdi ki, kənddə kiminsə silahı olduğunu bilsə, silahı alıb həmin adamın başına vurar. Nardaranda daha böyük gərginlik yaranmadığına görə hamımız o ağsaqqala minnətdar olmalıyıq. Natiq Kərimov Milli Şuranın Avropa Birliyinə inteqrasiya ilə bağlı siyasi bəyannaməsini imzalamış ağsaqqal din xadimlərindən biridir. Səhhətində ciddi problemlər olan, demokratik ruhlu, dövlətimizə, onun bayrağına ürəkdən bağlı bir ağsaqqalı dövlətə xəyanətdə ittiham etmək absurddur. Natiq bəyi də digər siyasi məhbusları da azad etmək, ölkənin həlli vacib olan sosial-iqtisadi problemlərilə məşğul olmaq lazımdır”, Kərimli qeyd edir.

Rəsmi qurumlar müxalifət liderlərinin münasibətlərinə hələ şərh verməyib.

Xatırladaq ki, Natiq Kərimov yanvarın 6-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıb. Yanvarın 7-də Səbael rayon Məhkəməsi onun barəsində dörd ay həbs qətimkan tədbiri seçib. Kərimov dövlətə xəyanətdə təqsirli bilinir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG