ABŞ prezidenti Barak Obama deyib ki, amerikalıların Ebola xəstəliyinə yalnız iki adamın yoluxduğunu və onların hər ikisinin indi sağaldığını yadda saxlaması vacibdir.
Prezident Obama Texas ştatında Ebola diaznozu qoyulan ikinci tibb bacısının xəstəxanadan çıxmasından sonra bu açıqlamanı verib.
Cənab Obama 29 yaşlı Amber Vinsonla telefon söhbəti edib. Prezident Obamanın sözlərinə görə, keçən həftə Ebola xəstəliyindən sağalıb Merilend ştatında xəstəxanadan çıxmış tibb bacısı Ninan Pham da ona yaxşı olduğunu deyib.
Cənab Obama epidemiyanın başladığı Qərbi Afrikada xəstəliyin yayılmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
O, Ebola xəstəliyinin qarşısının alınacağını və onunla mübarizədə qələbə əldə ediləcəyini deyib.