Accessibility links

Oğuz Türk: İran hökumətinə inanmaq olmaz


Oğuz Türkün sözlərinə görə, İran hakimiyyəti koronavirus epidemiyası ilə əlaqədar yürütdüyü siyasətində insan həyatını prioritet olaraq görmür. Amerikanın Səsinə danışan siyasi şərhçi deyir ki, “bu rejim 8 illik İran-İraq savaşına 'ilahi nemət' deyirdi. Hər şey ki, insana bəladır, bunlara nemətdir.”

Oğuz Türk: İran hökumətinə inanmaq olmaz
please wait

No media source currently available

0:00 0:15:27 0:00

Torontoda yaşayan siyasi fəal müsahibədə həmçinin Kanada və Türkiyə kimi ölkələrdə ölümcül epidemiya ilə bağlı görülən tədbirləri şərh edib.

Biz İran rejiminin verdiyi statistik rəqəmlərə inanmırıq. Niyə inanmırıq? İnaddan deyil, 40 illik örnək bunu göstərir ki, bu dövlətə inanmaq olmaz.

“Kanada öncədən tədbir görməyən ölkələrdən biridir. Lakin bu, Kanadanın uzaq olduğuna görə və buradakı tibbi ləvazimatın daha modern və daha çox olduğuna görə elə oldu. Kanada dövləti həmçinin maliyyə baxımından kiçik bizneslər sahiblərinə və çalışanlara yardım paketi ayırıb. Bu haqda həm baş nazir, həm də əyalətlərin premyerləri danışıblar,” Oğuz Türk bildirir.

Onun dediklərinə görə, “demək olar ki, Kanada inkişaf etmiş ölkələr arasında ən yaxşı vəziyyətdədir. Əlbəttə, Türkiyəni də orta inkişaf etmiş ölkə hesablasaq, Türkiyə əslidə tədbir almaqda dünyada birincidir. Dövlətlər bu məsələlərdə nə qədər hazırlıqlı olsalar, o qədər yaxşı qarşısını ala bilərlər. Amma İrana gələndə, nəinki hazırlıqlı deyil, millətin rahatlığı və sağlığı, əsla bu hakimiyyətin prioriteti deyil.”

Siyasi şərhçi keçmişdəki örnəklərə əsaslanaraq İran hakimiyyəti tərəfindən epidemiya ilə bağlı açıqlanan statistik rəqəmlərə inanmadığı vurğulayır:

Dövlətlər bu məsələlərdə nə qədər hazırlıqlı olsalar, o qədər yaxşı qarşısını ala bilərlər. Amma, İrana gələndə, nəinki hazırlıqlı deyil, millətin rahatlığı və sağlığı, əsla bu hakimiyyətin prioriteti deyil.

“Biz İran rejiminin verdiyi statistik rəqəmlərə inanmırıq. Niyə inanmırıq? İnaddan deyil, 40 illik örnək bunu göstərir ki, bu dövlətə inanmaq olmaz. Məsələn, elə neçə ay öncə, ki, küçələrdə insanları qətliam etdilər, heç vaxt, gəlib demədilər ki, neçə nəfəri öldürüblər, neçə nəfər yaralanıb. Bunlar məsuliyyət bilmir, heç bir suala cavab vermirlər.”

Oğuz Türk İran həbsxanalarında koronavirus təhlükəsinə diqqət çəkərək əlavə edir, “İran dövləti deyib ki, 80 mindən çox məhbusu buraxmışıq. Amma biz görürük ki, bu epidemiya başlandıqdan sonra Azərbaycanda nə qədər çox insan tutulub. Yəni bunlar hətta bu qarğaşalıqda Güney Azərbaycan Milli Hərəkatının fəallarını tuturlar. Bəli, bəzilərini mülki zəmanətlə məzuniyyətə göndəriblər. Ancaq daha çox adam da tutulub bizlərdən.”

Onun dediklərinə görə, İran hakimiyyəti toplumu kontrol altında tutmaq üçün bu kimi fəlakətləri “ilahi nemət” olaraq dəyərləndirir:

“Bu rejim 8 illik İran-İraq savaşına ilahi nemət deyirdi. Hər şey ki, insana bəladır, bunlara nemətdir. Niyə? Çünki, bunlara qalıcılıq (davamlılıq) verir. Bu duruma da belə baxırlar. Zəlzələyə də belə baxır...”

XS
SM
MD
LG