Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov avqustun 4-də İranın yeni prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edəcək.
İRNA agentliyinin məlumatına görə, bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran parlamentinin spikeri Gesmət Musəvi ilə görüşdə bildirib.
Tərəflər səfərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Əsədovun İran rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Xatırladaq ki, İran tərəfi mərasimə prezident İlham Əliyevi dəvət etmişdi. Azərbaycan prezidenti Həsən Ruhanini president seçilməsi münasibəti ilə təbrik edib.