Accessibility links

Korrupsiya məsələsinə baxmaq üçün Pakistan hökumətinə verilən vaxt uzadılıb


Hökumətə oktyabr ayının 10-dək möhlət verilib

Pakistanın Ali Məhkəməsi İsveçrə rəsmi orqanlarından Pakistan prezidentinə qarşı korrupsiya ittihamlarının yenidən açılmasını xahiş edən məktubun hazırlanması üçün hökumətə verilən vaxtı uzadıb.

Ali Məhkəmənin qərarı ilə hökumətə baş nazir Raja Pərviz Aşrəf ilə prezident Asif Əli Zərdariyə qarşı rüşvət ittihamının yer aldığı məktubdakı bəzi müddəaların müzakirəsi məsqədi ilə oktyabr ayının 10-na qədər möhlət verir.

Bu ilin əvvəli Yusif Rıza Gilaniyə qarşı İsveçrədə cinayət işinin yenidən açılmasını xahiş etməkdən imtina etdiyi üçün məhkəmə qərar çıxarıb, sonra isə bu qərarı ləğv edib. Sonradan hökumət İsveçrə hakimiyyət orqanlarına məktub yazmağa razılıq verib

Xatırladaq ki, dövlət ittihamçıları prezident Zərdari, keçmiş baş nazir Benazir Bhutto və digərlərini İsveçrə bankları vasitəsi ilə çirkli pulların yuyulmasına görə ittiham edib. Prezident Zərdarinin həyat yoldaşı xanım Bhutto 2007-ci ildə sui-qəsd nəticəsində qətlə yetirilmişdir.
XS
SM
MD
LG