Accessibility links

Pərviz Həşimlinin ürək nahiyəsində ağrılar yaranıb


 Pərviz Həşimli
Pərviz Həşimli

Jurnalistin məhkəməsi şahid ifadələri ilə davam etdirilib

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim yol” qəzetinin müxbiri, hüquq müdafiəçisi Pərviz Həşimlinin və Təvəkkül Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi şahid ifadələri ilə davam etdirilib. Üç şahid ifadə verib.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib. Jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci və 228.2.2 (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama-təkrara törədildikdə) maddələri ilə ittiham olunur. İttihama görə, Pərviz Həşimli və Təvəkkül Qurbanov İrandan gətirilən silahların alveri ilə məşğul olub.

Həşimlinin həyat yoldaşı İlahə Həşimli Amerikanın Səsinə bildirib ki, şahidlərin ifadələri ibtidai istintaqa verdikləri ifadələrlə üst-üstə düşməyib. Şahidlərin biri hətta hadisənin harada baş verdiyi və nəyə şahidlik etdiyi barədə danışa bilməyib. “Mənim 75 yaşım var. Bu gün yediyimi sabah unuduram”, şahid bildirib.

Həşimli Təvəkkül Qurbanovun oğlunun yenidən məhkəməyə ifadə verməsi ilə bağlı vəsatət qaldırıb. Onun fikrincə ata ilə oğulun ifadələri bir-birinə uyğun gəlmir. Belə ki, ata oğlunun imtahanlarına Həşimlinin kömək etməsini xahiş etdiyini bildirir. Oğlu isə imtahanlarla bağlı hər hansı probleminin olmadığını deyir.

Jurnalistin vəsatəti Təvəkkül Qurbanovla onun arasında mübahisəyə səbəb olub. Hakim vəsatəti baxılmamış saxlayıb.

Məhkəmə aprelin 7-də saat 10.00-da işini davam etdirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG