Accessibility links

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinin təsdiqinə göndərib


Azərbaycan Konstitusiya Məhkəməsi
Azərbaycan Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını oktyabrın 23-dək təsdiq etməlidir

Oktyabrın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) 9 oktyabr prezident seçkilərinin yekun protokolunu təsdiq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi haqqında qərar qəbul edib.

Ümid Partiyasından MSK üzvü Akif Qurbanov istisna olmaqla, 18 MSK üzvündən 17-si sənədi imzalayıb.

Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını oktyabrın 23-nə qədər təsdiq etməlidir.

Rəsmi məlumatlara görə, İlham Əliyevə seçkilərdə iştirak edən seçicilərin 84,55%-i (3 126 612) səs verib.

Daha sonra Cəmil Həsənli (5,53% - 204 635 səs), İqbal Ağazadə (2,40% - 88 667 səs), Qüdrət Həsənquliyev (1,99% - 73 586 səs), Zahid Oruc (1,45% - 53 717 səs), İlyas İsmayılov (1,07% - 39 641 səs), Araz Əlizadə (0,87% - 32 065 səs), Fərəc Quliyev (0,86% - 31 774 səs), Hafiz Hacıyev (0,66% - 24 459 səs), Sərdar Məmmədov (0,61% - 22 728 səs) gəlir.

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçkilərin nəticələrini tanımadığını bildirib. O seçkilərin nəticələrinin ləğvi üçün dinc vasitələrlə qanuni yolla mübarizə aparacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG