Accessibility links

12 QHT-nin və 13 fiziki şəxsin bank hesabları dondurulub


QHT-logo
QHT-logo

Prokurorluqda QHT-lərdə qanun pozuntuları ilə bağlı cinayət işi qaldırılıb

Hazırda Azərbaycanda azı 12 qeyri hökumət təşkilatının və 13 şəxsin bank hesablarına həbs qoyulub. Bu barədə hüquq mühafizə orqanlarındakı mənbələrdən Turana bəlli olub.

Bununla yanaşı bir sıra QHT rəhbərləri ilə Turanın müxbirinin söhbətində məlum olub ki, bank hesablarına həbs qoyulanların sayı daha çoxdur. Bu təşkilatlar və şəxslər əsasən Avropa və Amerika fondlarından qrant alanlardır. Hesabı dondurulmuş təşkilatlar arasında Amerika QHT-lərin Azərbaycan nümayəndəlikləri də var.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda bu cinayət işi üzrə bir sıra QHT-lərdə yoxlamalar da aparılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG