Accessibility links

Mailə Tağıyeva: Rafiq Tağının qətlində dövlətin əli var


Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)
Yazıçı-publisist Rafiq Tağı xəstəxanada (21 noyabr 2011-ci il)

Elşad Abdullayev Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərini Rafiq Tağının qətlində günahlandırıb. İran rəsmiləri bu qətlin Tehranla heç bir əlaqəsi olmadığını israr ediblər.

“Rafiqin qatilinin tapılmasını istəmirlər. Çünki bu işdə dövlətin əli var. Yoxsa çoxdan tapardılar”. Yazıçı Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyeva yanvarın 7-də “Media forum” saytına belə deyib.

Mailə Tağıyeva qeyd edib ki, Rafiq Tağının qatilinin tapılacağına ümidi azdır:

“Elə hey deyirlər ki, iş gedir. Nəticə ortaya çıxarsınlar ki, biz də sakit olaq. Nə vaxta qədər iş gedəcək? 2013-cü ildə də istintaq bu qaydada davam etsə, prezidentin qəbuluna gedəcəm. Müraciətimə cavab verməsələr, başqa ölkələrə üz tutub dövləti biabır edəcəyəm. Qoy gəlib bizi də öldürsünlər”, yazıçının həyat yoldaşı “Media forum”a bildirib.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, dörd gün sonra müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Fransada mühacirətdə olan Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev bir neçə gün öncə Azərbaycan hökumətinin yüksək vəzifəli şəxslərini siyasi qətllərdə günahlandırıb. O qurbanların siyahısında yazıçı Rafiq Tağının da adnı çəkib. E.Abdullayevin sözlərinə görə, vəzifəli şəxslər belə cinayət işlərinin açılmasına mane olur. Onun iddiasına görə, siyasi qətllərin istintaqının gedişi ilə bağlı məlumatlar verilmir və həlledici anda “istintaq sirri” və ya “dövlət sirri” adladılır.

Öz növbəsində, rəsmi Bakı Elşad Abdullayevin ittihamlarını rədd edir. İstintaq orqanı isə bir qayda olaraq Rafiq Tağının qətlinin üstünün açılması ilə bağlı intensiv istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG