Accessibility links

AXCP üzvünün həbsini “cılız addım” sayır


Rahib Hacıyev
Rahib Hacıyev

“Həbsin motivləri saxtadır. İyulun 21-də sosial mediada fəal olan Rahib Hacıyev narkotik ittihamı ilə həbs edilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) gənc üzvü Rahib Hacıyevin həbs olunması ilə bağlı bəyanatla çıxış edib.

İyulun 21-də AXCP-nin Gənclər Komitəsinin fəal üzvü, sosial mediada fəal olan Rahib Hacıyev narkotik ittihamı ilə həbs edilib.

Bəyanatda deyilir ki, həbsinin motivləri saxta, qurama olmaqla yanaşı, onun həyata keçirilməsi də ciddi qanun pozuntusu ilə aparılıb. Narkotik satmaqda təqsirləndirilən cəbhəçi gənc iki gün istintaq orqanları tərəfindən gizlədilib, ona keyfiyyətli hüquqi yardım almaq imkanı verilməyib, yaxınları onun nəyə görə ittiham olunmasından xəbərsiz saxlanıb.

AXCP Rahib Hacıyevə verilən ittihamı tamami ilə rədd edir, bunu hakimiyyətin növbəti səviyyəsiz, cılız addımı kimi dəyərləndirir.

AXCP “şərlənərək həbs olunan Rahib Hacıyevin azad edilməsini və ümumiyyətlə, rəqiblərə qarşı ləyaqət və mənəviyyatdan kənar, qanunsuz davranışa son qoyulmasını tələb edir”.

Rəsmi Bakı Azərbaycanda insanların siyasi məqsədlərlə həbs edilmədiyini bəyan edir. Hüquq mühafizə orqanlarının rəhbərləri və dövlət rəsmiləri bir qayda olaraq insanların əməllərinə görə cəzalandırıldını bildirir.
XS
SM
MD
LG