Accessibility links

Prezident Əliyev ABŞ-ın Azərbaycandakı səfirini qəbul edib


Prezident İlham Əliyev və ABŞ səfiri Riçard Morninqstar
Prezident İlham Əliyev və ABŞ səfiri Riçard Morninqstar

Riçard Morninqstar iyulun sonunda ölkəni tərk edəcək

Prezident İlham Əliyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Prezidentin rəsmi saytının məlumatına görə görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sahəsində uzun illər həyata keçirilən əməkdaşlığın önəmi qeyd olunub, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Riçard Morninqstar iyulun sonunda Azərbaycanı tərk edəcək.

Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın namizədliyini irəli sürüb.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG