Accessibility links

Robert Sekuta: Dərin və faydalı iqtisadi münasibətlər üçün güclü potensialımız var


Robert Sekuta
Robert Sekuta

Martın 24-də Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatası ABŞ-ın Azərbaycana yeni səfiri Robert Sekutanın şərəfinə qəbul təşkil edib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qurumun icraçı direktoru Süzan Sadığova Azərbaycanın ABŞ-dakı və ABŞ-ın Azərbaycandakı səfirinin iki dövlət arasında qarşılıqlı ticarət və biznes əlaqələrinin genişlənməsi missiyasına göstərdikləri sadiqliyə görə təşəkkür edib.

Ticarət Palatasının həmsədri, ABŞ Konqresinin üzvü Bill Delahant səfir Sekutanın iqtisadiyyat və ticarət sahəsində olan təcrübəsini və onun Dövlət Departamentində işlədiyi zaman göstərdiyi səyləri qeyd edib.

“Səfir Sekuta ABŞ hökuməti üçün vacib olan münasibətlərin gücləndirilməsində uğur qazanacağına əminəm”, o qeyd edib.

Azərbaycanın ABŞ-kı səfiri Elin Süleymanov iki dövlət arasında münasibətlərin mühüm dərəcədə vacib və strateji olmasını qeyd edib və daha çox insanların bu münasibələtlərə nəzər yetirməsinin vacibliyini vurğulayıb.

Robert Sekuta bildirib ki, əsas məqsədlərindən biri ABŞ-Azərbaycan münasibətlərinin qüclü və müsbət məcrada inkişafını təmin etməkdir.

O, Azərbaycan və ABŞ arasında dərin və faydalı iqtisadi münasibətlərin inkişafı üçün güclü potensialın mövcud olduğunu deyib.

Səfir 2014-cü ildə Azərbaycana ABŞ Mülki Aviasiya Administrasiyası tərəfindən 1-ci dərəcənin verilməsini, nəticədə Nyu-York və Bakı arasında uçuşun təmin olunmasını xatırladıb. Sekuta həmçinin uğurun davamı üçün iki dövlət arasında Open Skies Agreement (Açıq Səma Sazişi) üzərində danışıqların getdiyini söyləyib.

O, Birləşmiş Ştatlarının Avropanın enerji təminatının diversifikasiyasında səylər göstərən Azərbaycanın güclü tərəfdaşı olduğunu xatırladıb.

“Cənubi Qafqaz boru kəmərinin genişlənməsi və Trans-Adriatik xəttinin inşası Cənub Qaz Dəhlizini tamamlayacaq və bu çox vacib olan vaxtda Xəzər qazının Qərbi Avropaya nəql olunmasını və Avropada enerji təhlükəsizliyini təmin edəcək. Azərbaycanla əməkdaşlığın digər bir sahəsi isə Azərbaycana öz iqtisadiyyatını şaxələndirməkdə, regionda nəqliyyat və informasiya texnologiyaları mərkəzinə çevrilməkdə, həmçinin beynəlxalq turistləri cəld edən lider dövlət olmaqda yardım etməkdir”, cənab Sekuta qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG