Accessibility links

Rusiya silahlı qüvvələrinin Krımda mövcudluğu gücləndirilir


Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ölkənin Krım yarımadasında mövcudluğunun gücləndirililməsinə çağırıb. O, Moskvanın bu ilin əvvəli ilhaq etdiyi Krımda özünü təmin edəcək hərbi qüvvə yerləşdirdiyini bildirib. Sergey Şoyqunun sözlərinə görə, bu addım vəziyyətin kəskin şəkildə gərginləşdiyi və Rusiya sərhəddinə birbaşa yaxınlıqda xarici qüvvələrin sayının artması ilə əlaqədar atıldığını deyib.

ABŞ hərbi qüvvələri Ukraynanın qərbində15 ölkənin iştirakı ilə sülhümühafizə qüvvələrinin təliminə başçılıq edir. Lvov şəhərindən 60 kiometrlik məsafədə yerləşən Beynəlxalq Sülhümühafizə və Təhlükəsizilk Mərkəzində Rapid Trident adı altında keçirilən təlimlər sentyabr ayının 26-a qədər davam edəcək.

Pentaqonun verdiyi məlumata əsasən, 200 Amerika əsgərinin də qatıldığı təlimlərdə 1300 hərbi personal iştirak edir.

Rusiya parlamentinin aşağı palatasının spikeri Sergey Naruşkin Briləşmiş Ştatlar və onun müttəfiqlərini “dünyanı yeni soyuq müharibəyə sürükləyən siyasət” yeritməkdə ittiham edib. O, bəzi xəbər mənbələrində NATO-nun bəzi ölkələrinin Ukraynaya silah və hərbi təchizat verəcəyi ilə bağlı xəbərlərə istinad edib.

NATO rəsmiləri alyansın Ukraynaya silah göndərmədiyini, lakin ayrı-ayrı ölkələrin bunu edə biləcəyini bildirib.

XS
SM
MD
LG