Accessibility links

Sadiq İsabəyli: İran-Çin anlaşmasının acı nəticələrini gələcək illərdə yaşayacağıq


Siyasi şərhçi Sadiq İsabəyli Amerikanın Səsi ilə söhbətdə deyir ki, İran və Çin arasında imzalanan 25 illik strateji əməkdaşlıq müqaviləsi İran hakimiyyətinin mənfayinə xidmət etsə də, İran əhalisinin rifahı və bölgənin təhlükəsizliyi baxımından pis nəticələri olacaq.

Sadiq İsabəyli: İran-Çin anlaşmasının acı nəticələrini gələcək illərdə yaşayacağıq
please wait

No media source currently available

0:00 0:13:47 0:00

Geniş iqtisadi və təhlükəsizlik sahələrini əhatə edən strateji müqaviləyə görə Çin 25 il ərzində İrana 400 milyard dollar sərmayə yatırmağı qəbul edib.

İran Çindən gələn pulları daxildə kontrolu sıxılaşdırmaq üçün, vətəndaşa basqı etmək üçün səfərbər edəcək.

İsabəylinin sözlərinə görə, “İranın Çinlə anlaşması onun kartını gücləndirib. Çünki, bir çox sahədə Çin İrana açıq kredit verir. Özəlliklə bəhs edilən o 400 milyard dollar məbləğ... Və mən düşünürəm ki, Çin də İran qalxanı ilə Yaxın Şərqə girib və çalışacaq ki, o bölgədə İranın əlində olan bir çox vasitələrdən istifadə etsin.

Siyasi fəal hesab edir ki, İranın Çin ilə əməkdaşlığı İran vətəndaşlarının rifahı yönündə deyil, hakimiyyətin vətəndaşlar üzərindəki kontrolunu möhkəmləşdirmək yönündə təsir göstərəcək.

“İran hakimiyyət olaraq bir kart əldə edib və Çinin yardımları ilə həm beynəlxalq səviyyədə, BMT səviyyəsində, həm də maliyyə qaynaqları baxımından, bir sıra faydalar əldə edir. Amma, bunun müqabilində vətəndaş və vətəndaşın rifahına yönəlik nə əldə ediləcək? Biz görürük ki, bu mümkün deyil. İran Çindən gələn pulları daxildə kontrolu sıxılaşdırmaq üçün, vətəndaşa basqı etmək üçün səfərbər edəcək,” o, söyləyir.

Məsələn, indi Çinli mütəxəssislər artıq Güney Azərbaycanın bir çox bölgəsinə səfər ediblər. Bilirik ki, Güney Azərbaycan əsasən mis və qızıl mədənləri ilə zəngindir.


İsabəyli əlavə edir ki, “biz Çinlə müqavilənin acılarını gələcək illərdə yaşayacayıq. Özəlliklə yeraltı qaynaqların talan edilməsi baxımından. Məsələn, indi Çinli mütəxəssislər artıq Güney Azərbaycanın bir çox bölgəsinə səfər ediblər. Bilirik ki, Güney Azərbaycan əsasən mis və qızıl mədənləri ilə zəngindir.”

O, İran-Çin anlaşmasının sadəcə İran əhalisinə deyil, bölgə ölkələri üçün də təhlükə təşkil etdiyini vurğulayır:

“Bu müqavilə eyni zamanda İsrail və Türkiyə dövlətlərinə də təhlükədir... Mənə elə gəlir ki, əgər bölgə və dünya dövlətləri bu məsələləri düzgün araşdırsalar. İranın ideoloji yanaşmasını və bölgədəki fəaliyyətlərini dərindən izləsələr görəcəklər ki, getdikcə bu durum o bölgənin təhlükəsizliyini daha bərbad duruma gətirəcək.”

Şərhlərə bax

XS
SM
MD
LG