Accessibility links

“İşgəncəyə qarşı beynəlxalq müqavilələri imzalamayan İran öz qanunlarını da icra etmir”


Amnesty International bu yaxınlarda İran hakimiyyətinin 2019-cu il noyabr etirazları zəminində həyata keçirdiyi insan haqları pozuntuları ilə əlaqədar ətraflı bir hesabat yayımlayıb. Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsinə müsahibədə hesabatda qeyd edilən məqamları şərh edib.

“İşgəncəyə qarşı beynəlxalq müqavilələri imzalamayan İran öz qanunlarını da icra etmir”
please wait

No media source currently available

0:00 0:15:25 0:00

Beynəlxalq insan haqları qurumunun hesabatında həmin etirazlarla əlaqədar tutulan vətəndaşların məruz qaldığı müxtəlif işgəncə növləri haqqında ətraflı məlumat verilib.

İslam Respublikasının hakimiyyətində, xüsusilə İran-İraq savaşından sonra İranda ciddi şəkildə hər növ işgəncənin tətbiqinə şahid olmuşuq.

İranın hələ də BMT-nin işgəncəyə qarşı müqaviləsini təsdiqləmədiyini önə çəkən Şahin Xiyavlı deyir ki, “İslam Respublikasının hakimiyyətində, xüsusilə İran-İraq savaşından sonra İranda ciddi şəkildə hər növ işgəncənin tətbiqinə şahid olmuşuq. Bununla bağlı insan haqları qurumları və BMT-nin xüsusi nümayəndələri dəfələrlə hesabatlar yayıblar. Bu qurumlar dəfələrlə İrandan istəyiblər ki, məhbuslara qarşı işgəncəyə son versin.”

Onun dediklərinə görə, “İranın təsdiqləmədiyi BMT sözləşməsinin bəzi maddələrində xüsusilə məhbusların sorğu-sual prosesinə diqqət yetirilməsi və işgəncə görən insanlar üçün şikayət haqqı nəzərdə tutulub.”

Şahin Xiyavlı
Şahin Xiyavlı

Amnesty International-ın hesabatına əsasən, 2019-cu ilin noyabr ayında artan benzin qiymətinə qarşı baş qaldıran kütləvi etirazlara qatılmaq ittihamı ilə tutulanlara “döyülmək, elektrik şok, cinsi şiddət və təhqir, zorla kimyəvi maddə vermək, uzadılmış təkadamlıq kamerada saxlanma, müxtəlif hallarda sallandırmaq, ölüm təhdidləri, yalançı edam halları və islaq dəsmalla boğulma hissi yaşatmaq” kimi işgəncə növləri tətbiq edilib.

Saxlanılanların ailələrinə qarşı da psixoloji basqılar tətbiq edilir. O cümlədən, tutulan türk faəlların aiələlərinə deyirdilər ki, övladınız edam ediləcək, artıq onları görməyəcəksiniz.

Şahin Xiyavlı həmçinin işgəncə altında alınan ifadələrin mühakimə proseslərində istifadə edilməsinə diqqət çəkir.

Hüquq müdafiəçisinin sözlərinə görə, “saxlanılanların ailələrinə qarşı da psixoloji basqılar tətbiq edilir. O cümlədən, tutulan türk faəlların ailələrinə deyirdilər ki, övladınız edam ediləcək, artıq onları görməyəcəksiniz...”

Amnesty International-ın hesabatında həmçinin həmin etirazlar zamanı Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbildə tutulan türk fəalların üzləşdiyi basqılar haqqında ətraflı məlumat verilib.

“Əkbər Mühaciri, Babək Hüseyni Müqəddəm, Nasir Xulusi, Məhəmməd Mahmudi, Səccad Şəhiri, Şahin Bərzgər, Əyyub və Davud Şiri qardaşları kimi türk fəallar Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində koordinasiya edilmiş basqınlar ilə mülki geyimli məmurlar tərəfindən öz evlərində və ya iş yerlərində tutulublar. Baxmayaraq ki, bunların heç biri etirazlarda iştirak etməyib. Onlar saxlanıldıqları zaman döyülüb və pis rəftara məruz qalıblar,” beynəlxalq qurumun hesabatında dərc edilib.

Şahin Xiyavlının dediklərinə əsasən, noyabr etirazları ilə əlaqədar həbs edilən türk fəalların əksəriyyəti etirazlara qatıldıqları üçün deyil, “etirazlara qatılma ehtimalına qarşı” saxlanılıblar.

XS
SM
MD
LG