Accessibility links

Təbriz məhkəməsi türk fəalların azadlığı qarşılığında 1 milyard tümənlik zəmanət istəyib


Hüquq müdafiəçilərinin bildirdiyinə görə, Təbriz məhkəməsi türk fəallar Səccad Şoheyri və Əli Əzizinin müvəqqəti azadlığı üçün bir milyard tümənlik mülki zəmanət istəyib.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinə istinadən, “Təbrizdə təhlükəsizlik qurumuna aid bir həbsxanada sorğu-sual edilən fəallar istintaq prosesinin tamamlanmasının ardından martın 2-də Təbriz Mərkəzi Həbsxanasına köçürülüblər.

Səccad Şoheyri yanvarın 16-da Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəğədə) şəhərində saxlanılıb və daha sonra Təbrizin təhlükəsizlik həbsxanasına göndərilib. Əli Əzizi isə fevralın 23-də Urmiyədəki evində nəzarət altına alınıb.

HRA agentliyinin xəbərinə görə, hər iki fəal Təbriz həbsxanasından ailələrinə zəng edib.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, Şoheyri və Əzizi “rejimə qarşı təbliğat” və “Gamac adlı təşkilata üzv olmaq”da günahlandırırlar.

Hər iki fəal bundan əvvəl də milli-mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakimələrə məruz qalıb.

XS
SM
MD
LG