Accessibility links

Amnesty İnternational Leyla Yunusun döyülməsini araşdırmağa çağırır


Amnesty International
Amnesty International

Təşkilat Azərbaycan hökumətinin Leyla və Arif Yunusu dərhal həbsdən azad etməsini istəyir

Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı sentyabrın 23-də Bakı istintaq Təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun döyülməsi ilə bağlı bəyanatla çıxış edib.

Sənəddə Azərbaycan hakimiyyəti yubanmadan Leyla Yunusun təhlükəsizliyini təmin etməyə, baş verənləri dərhal araşdırmağa, gecikmədən tibbi xidmət göstərilməsini təmin etməyə çağrılır.

Təşkilat həmçinin Azərbaycan hökumətini Leyla və Arif Yunusu dərhal qeyri şərtsiz azad etməyə çağırır.

Sentyabrın 24-də Leyla Yunusun vəkilləri açıqlama yayaraq, onun təcridxanada döyülməsi və digər təzyiqlərlə üzləşdiyini bildirib. .

Ədliyyə Nazirliyi Penitensiar Xidməti sentyabrın 25-də vəkillərin bəyanatının əsassız olduğunu bildirib.

Hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyulun 30-da həbs edilib.

O, Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil, 6 maddəsi ilə ittiham olunur. Leyla Yunus ittihamları rədd edir və həbsini siyasi sifariş hesab edir. Hüquq müdafiəçisi daha öncə də bir neçə dəfə təcridxanadan vəkilləri vasitəsi bəyanat yayaraq, ona qarşı təxribat hazırlandığını və hücuma məruz qaldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG