Accessibility links

Gəncə Apellyasiya Məhkəməsi erməni kəşfiyyatçısını həbsdə saxlayıb


Erməni kəşfiyyatçı Arsen Baqdasaryan (Foto by: Kəpəz TV)
Erməni kəşfiyyatçı Arsen Baqdasaryan (Foto by: Kəpəz TV)

İyulun 15-də Gəncə Apellyasiya məhkəməsində erməni kəşfiyyatçı Arsen Baqdasaryanın 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası dəyişdirilməyib.

Kəpəz TV-nin (Region TV) məlumatına görə, hakim Teyyub Muxtarovun sədrlik etdiyi proses qapalı keçirilib.

Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən Arsen Baqdasaryanın cəzası onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.

A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

A.Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunub.

XS
SM
MD
LG